FACT-INFO.AZ » MEDİA » Prezident İlham Əliyevin Misirə rəsmi səfəri xarici medianın diqqət mərkəzində olub
10-06-2024, 11:30 | MEDİA
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri xarici medianın diqqət mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri, onun misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə apardığı danışıqlar bu ölkənin nüfuzlu qəzet və portallarının, həmçinin telekanallarının diqqət mərkəzində olub.

Fact-info.az xəbər verir ki, rəsmi MENA informasiya agentliyinin səfər haqqında geniş hesabatında, həmçinin Misirin geniş oxucu kütləsinə malik olan “Əl Əhram”, “Cümhuriyə”, “Youm 7”, “Əxbar Əl Youm”, Masravi”, Dostor” qəzetlərində dərc edilən “Azərbaycan Prezidenti Misirlə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib”, “Azərbaycanın lideri Misiri mühüm tərəfdaş ölkə adlandırıb” sərlövhəli məqalələrdə dövlətimizin başçısının misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə mətbuata birgə bəyanatının əsas məqamları yer alıb. Misirli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev keçən il Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərindən sonra baş tutan bu rəsmi səfərin də Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini, iki dost ölkə arasında siyasi dialoqun müntəzəm xarakter daşıdığını bildirib. O qeyd edib ki, iki ölkənin liderləri siyasi dialoqun bundan sonra da davam etdirilməsinə dair razılıq əldə ediblər.

Materiallarda, həmçinin vurğulanıb ki, Prezident İlham Əliyev misirli həmkarı ilə Cənubi Qafqazdakı prosesləri də müzakirə etdiyini bildirib. Azərbaycanın dövlət başçısı əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olunub. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Bütün bunları müsbət hal kimi qiymətləndirən Azərbaycan Prezidenti, eyni zamanda, hesab edir ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var və hər halda Azərbaycan buna hazırdır.

Məqalələrdə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı, həmçinin Əbdülfəttah əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət edib. O, bu dəvətin qəbul edilməsinə şad olduğunu deyib, eyni zamanda, Misirin COP27 sədrliyi və ev sahibliyinin böyük uğurla nəticələndiyini vurğulayıb, bu münasibətlə həmkarını təbrik edib. Prezident İlham Əliyev Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdiyini və iki ölkənin nümayəndələrinin daim təmasda olduqlarını deyib.

Prezident İlham Əliyevin rəsmi səfəri “Şuruk”, “Əl Vətən”, “Masrtimes”, “Aleqaria”, “Maspero”, “Əl Qahira”, “Əl Balad” qəzet və portalları tərəfindən də geniş işıqlandırılıb. Bu media orqanlarında Azərbaycanın dövlət başçısının Fələstin məsələsi ilə bağlı rəsmi Qahirənin mövqeyini dəstəklədiyi vurğulanıb. Məqalələrdə Azərbaycan Prezidentinin aşağıdakı fikirləri sitat gətirilib: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”.

Misir mediası, həmçinin Əbdülfəttah əs-Sisinin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikirlərinə də geniş yer ayırıb. Oxucuların diqqətinə çatdırılıb ki, Misir Prezidenti azərbaycanlı həmkarına Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyini bir daha bildirib. O əlavə edib ki, bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq.

Məqalələrdə vurğulanıb ki, iki dost ölkənin dövlət başçıları müxtəlif sahələrdə iqtisadi, humanitar-mədəni əlaqələrin sürətlə inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıblar. Belə ki, tərəflər inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, həmçinin Azərbaycanla Misir arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin əhəmiyyətini qeyd ediblər. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb.

Prezident İlham Əliyevin rəsmi səfər çərçivəsində Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü də Misir və digər ərəb ölkələrinin mediasının diqqət mərkəzində olub. “Əl Əhram”, “Dostor”, “Əl Qahira”, Səudiyyə Ərəbistanın “”Əş Şarq Əl-Ausət” qəzetləri, həmçinin “Egypt1” dövlət televiziyası, “ExtraNews”, “Nile1” telekanallarının materiallarında Prezident İlham Əliyevin bu görüş əsnasında bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladığı qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Bakının Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirib.

Misir və ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Misirlə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsindən məmnunluğunu bildirib və COP29-a dəvətə görə Azərbaycan Prezidentinə təşəkkür edərək bildirib ki, bu tədbirdə məmnunluqla iştirak edəcək. Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib, həmçinin COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd edib.




Baxış sayı: 160
MEK elektron xidmətlərini təqdim edir Bu gün, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Bu gün, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930