FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Rabatda “Şuşa günləri” keçirilib
9-06-2024, 15:30 | MƏDƏNİYYƏT
Rabatda “Şuşa günləri” keçirilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, ICESCO və Dövlət Turizm Agentliyinin dəstəyi ilə iyunun 7-də ICESCO-nun Rabat şəhərindəki baş qərargahında “Şuşa günləri” tədbiri maraqlı və yaddaqalan gecə ilə yekunlaşıb.

Fact-info.az xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov, Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli, ŞŞDQİ-nin icraçı direktoru Tural Novruzov, xüsusi nümayəndəliyin, qoruğun əməkdaşları, həmçinin müxtəlif ölkələrin Mərakeşdə akkreditə olunmuş səfirləri, ICESCO rəsmiləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın təqdim etdiyi fotolardan ibarət sərgiyə baxış olub. Burada Şuşanın tarixi keçmişini, müharibədən əvvəlki və sonrakı vəziyyətini bərpa-quruculuq, yenidənqurma işlərini, əsrarəngiz təbiətini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında məlumatlar verilib.

Sonra qonaqlara XVIII-XIX əsrlərə aid Qarabağ milli geyimləri nümayiş olunub, onların tarixi haqqında məlumat təqdim edilib.

Tədbirin kulinariya bölümündə qeyd olunub ki, Azərbaycanın milli mətbəxində unikal iqlim şərtləri və formalaşma tarixi ilə təkrarsız məhsulların coğrafiyası olan Qarabağ regionu, xüsusilə mədəniyyət beşiyimiz Şuşanın mətbəxi dünya qastronomiyasında özünəməxsus yer tutur. Şuşa mətbəxinin Mərakeş mətbəxi ilə ortaq tərəflərini tərənnüm edən menyu pip dolması, kabab büryan, firni, boyanalı aş, Qarabağ kətəsi, reyhan şərbətindən ibarət olmaqla hazırlanıb. Eləcə də təndir kimi milli bişirmə alətlərində təqdim olunan menyu Şuşanın qeyri-maddi mədəni irsindən ibarət mədəni proqramın bir hissəsi kimi nümayiş etdirilib. Şuşa mətbəx nümunələrini dadmaq şansı əldə edən qonaqlara, həmçinin ölkəmizin turistik qastronomiya marşrutları haqqında da məlumat verilib.

Qarabağımıza, Şuşamıza həsr edilən səyahət konsert proqramı ilə davam edib. Konsertdən əvvəl ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov çıxış edib, “Şuşa günləri”nin önəmindən, 30 il işğal altında qalmış tarixi şəhərin bu gün yenidən dirçəlməsindən, Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlərin hər birinin əhəmiyyətindən söz açıblar.

Daha sonra söz Azərbaycanın tanınmış incəsənət xadimlərinə verilib. Şuşamıza həsr olunan videoçarxın nümayişindən sonra təqdim olunan konsert proqramında Qarabağı, Şuşanı vəsf edən mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında milli rəqslərimiz ifa edilib.




Baxış sayı: 105
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30