“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyasının 78-ci sessiyasının sənədi kimi dərc olunub.
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü BMT-nin Baş katibinin çıxışlarında və bu təşkilatın rəsmi sənədlərində mədəniyyətlərarası dialoqa dair vacib qlobal təşəbbüs kimi yüksək qiymətləndirilib. Bu, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikasının dünyada sülhə, əmin-amanlığa, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunmasının sübutudur.
Xatırladaq ki, Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən yüksək səviyyəli qonaqlar və mütəxəssislər iştirak ediblər. Forumda 4 plenar sessiya və aktual mövzularda 12 panel təşkil olunub. Forumun bir sıra panelləri Şuşada və Ağdamda da keçirilib.
Baxış sayı: 125
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
