FACT-INFO.AZ » SİYASƏT » “15 iyun Azərbaycan xalqının və dövlətinin həyatında dönüş nöqtəsi olub”
7-06-2024, 19:30 | SİYASƏT
“15 iyun Azərbaycan xalqının və dövlətinin həyatında dönüş nöqtəsi olub”

“15 iyun 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında yüksələn xətlə cərəyan edən deqradasiya proseslərin kulminasiya nöqtəsidir. 1980-ci illərin ortalarından başlayaraq bütün Sovet İttifaqı ərazisində yaşanan iqtisadi kollaps Azərbaycan iqtisadiyyatını da çökdürmüşdü. Təxminən elə həmin dövrdən özünü açıq şəkildə göstərməyə başlayan erməni separatizmi bütün azərbaycanlıların Ermənistan ərazisindən qovulmasını başa çatdıraraq artıq hərbi təcavüz mərhələsinə keçmiş və torpaqlarımızın bir qismi işğala məruz qalmışdı”. Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, ölkə müxtəlif xarici dövlətlərin maraqlarına xidmət edən və bir- biri ilə kəskin ziddiyyətdə olan siyasi qruplaşmaların qarşıdurması nəticəsində didilib parçalanırdı: “Bu qruplaşmalar arasındakı siyasi mübarizə artıq siyasi düşmənçiliyə çevrilmişdi və ölkəni birbaşa vətəndaş müharibəsinə sürükləyirdi. Ölkənin müxtəlif bölgələrində xarici qüvvələr tərəfindən idarə olunan separatçı meyillər yaranmışdı. Ölkədə total işsizlik, aclıq və ümidsizlik hökm sürürdü, mədəni həyat haqqında isə ümumiyyətlə düşünmək belə heç kimin ağlına gəlmirdi. Bir sözlə, Azərbaycan adlı bir dövlətin mövcudluğu özü də sual altında idi”.

Deputat qeyd edib ki, vəziyyətin bu qədər mürəkkəbləşməsi bir-birinin qanına susamış iqtidar və müxalifətlə bərabər, bu qarşıdurmadan sağ çıxmaq və vətəni qorumaq haqqında düşünən xalqı da çıxılmaz vəziyyətə salmışdı: “Məhz belə bir şəraitdə xalq son ümidini Heydər Əliyevə bağlayaraq onun hakimiyyətə qayıtması üçün şərait yaradılmasını tələb etməyə başladı. Vəziyyəti heç cür xilas edə bilməyəcəyinə əmin olan iqtidarın özü xalqın təkidi ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Naxçıvandan Bakıya gələn Heydər Əliyev bu gün Qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. 15 iyun Azərbaycan xalqının və dövlətinin həyatında dönüş nöqtəsi olmaqla dövlətçilik tariximizdə yeni mütərəqqi mərhələnin başlanğıcını qoydu”.




Baxış sayı: 150
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30