Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fact-info.az-a verilən məlumata görə, Laçın şəhərinə, Laçının Zabux kəndinə və Zəngilan rayonunun Ağalı kəndində köçürülən sakinlərdən daha bir qrup şəxsə iyunun 7-də Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub.
Laçın rayonunda avadanlıqların təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da iştirak ediblər. Onlar proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlarla bağlı planları ilə maraqlanıblar.
Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, avtomobil şinlərinin bərpası və təmiri, qadın gözəllik salonu, dərzi sexi, qapı və pəncərə istehsalı, fotoatelye xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.
Beləliklə, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 103-ə çatıb.
Baxış sayı: 130
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
