"Prezident İlham Əliyev məqsədyönlü, praqmatik strategiyasının nəticəsində Azərbaycanın alternativ enerji mənbələrinə çıxış imkanlarını daha da artırır". Fact-info.az xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Sevinc Hüseynovanın sözlərinə görə, bu amillər isə enerji təhlükəsizliyimizin təmin edilməsi ilə yanaşı enerji ixracatının şaxələndirilməsi baxımından təsirlidir: "Bütün bu amillər Azərbaycanın bütün sahələrdə olduğu kimi enerji sahəsində regional və qlobal miqyasda liderliyinin başlıca şərtləridir. ABŞ prezidenti Co Baydenin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və "Caspian Power" sərgilərinin açılış mərasimi ilə bağlı ünvanladığı məktubunda da bu amillər xüsusi olaraq qeyd edilib. Bu bir reallıqdır ki, ABŞ prezidenti və dünyanın aparıcı ölkələrinin liderləri Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyi ilə bağlı rolunu yüksək dəyərləndirir. Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi Azərbaycanın əhəmiyyətinin ABŞ Prezidenti tərəfindən xüsusi olaraq vurğulanması ölkəmizin daha böyük hədəflərindən xəbər verir. Bütün bunlara isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti sayəsində nail olub".
Baxış sayı: 95
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
