FACT-INFO.AZ » XƏBƏR » COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib
3-06-2024, 20:00 | XƏBƏR
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib

İyunun 3-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib.

Fact-info.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddətdə COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.

Təşkilat Komitəsinin sədri bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqlim dəyişmələri ilə qlobal mübarizədə nümunəvi liderlik nümayiş etdirir. Samir Nuriyev vurğulayıb ki, Prezident İlham Əliyevin müxtəlif çıxış və müsahibələrində açıqladığı vacib istiqamətlər, səsləndirdiyi tezislər Azərbaycanın COP29 üzrə fəaliyyətinin əsasını təşkil edir və dövlət başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri kontekstində üzləşdikləri problemlərin həllinin ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Samir Nuriyev şəffaflığın və inklüzivliyin təmin edilməsi məqsədilə keçən aylar ərzində COP29 komandası tərəfindən müxtəlif danışıqlar qrupları ilə çoxsaylı məhsuldar görüşlərin və məsləhətləşmələrin keçirildiyini, onların mövqeyinin və COP29-dan gözləntilərinin öyrənildiyini, Azərbaycanın müzakirə olunan mövzular ətrafında qlobal həmrəyliyin və konsensusun formalaşdırılması istiqamətində çalışdığını vurğulayıb.

Bu gün öz işinə başlayan Bonn İqlim Dəyişmələri Konfransına toxunan Təşkilat Komitəsinin sədri bildirib ki, artıq ölkəmiz COP29 sədrliyinin fəal fazasına daxil olur və dövlət qurumları COP29-un uğurla keçirilməsi üçün səylərini daha da artırmalıdır.

Vətəndaş cəmiyyətinin də proseslərə töhfə verdiyini qeyd edən Samir Nuriyev bu xüsusda, Afrikanın 130-dək QHT-si və İtaliyada G7 Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər tərəfindən COP29-un ev sahibi kimi Azərbaycana dəstək bəyanatlarının verilməsini xüsusi olaraq qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29-a hazırlıqla bağlı ümumi gedişat və Bonn İqlim Dəyişmələri Konfransı barədə məlumat verib. Bildirib ki, konfrans çərçivəsində Azərbaycan tərəfindən COP29 sədrliyinin baxışı və təşəbbüsləri ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Xarici işlər naziri Ceyhun Bayramov müxtəlif ölkələr və danışıqlar qrupları ilə keçirilən görüş və məsləhətləşmələr, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, COP29-da qəbul edilməsi nəzərdə tutulan sənədlərlə bağlı son vəziyyət barədə danışıb.

Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf SOCAR-ın yaşıl gündəliyi və fəaliyyət istiqamətlərində emissiyaların azaldılması barədə çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iqlim fəaliyyətində qadınların rolu barədə danışıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov COP29 zamanı gömrük məsələlərinin tənzimlənməsi, nümayəndə heyətlərinə və onlara məxsus yüklərə münasibətdə sürətli gömrük rəsmiləşdirilməsi prosedurlarının tətbiq edilməsi barədə çıxış edib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mehmanxanalar və digər yerləşmə yerləri, bu yaxınlarda istifadəyə verilmiş vahid onlayn rezervasiya platforması barədə məlumat verib.

Milli Məclisin deputatı Könül Nurullayeva COP29-la bağlı parlament istiqamətində aparılan işlər, xüsusilə Parlamentlərarası İttifaqla əməkdaşlıq çərçivəsində keçiriləcək Parlament konfransı barədə danışıb.

“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova qeyri-hökumət təşkilatlarının COP29-a töhfəsi barədə çıxış edib.

İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.




Baxış sayı: 90
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30