FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycan Prezidenti bütün fəaliyyətini xalqla birlikdə həyata keçirir”
31-05-2024, 08:00 | SİYASƏT
“Azərbaycan Prezidenti bütün fəaliyyətini xalqla birlikdə həyata keçirir”

“2003-cü ildə keçirilmiş ilk prezident seçkilərindən bu günə qədər İlham Əliyev bütün fəaliyyətini aşkar şəkildə xalqla birlikdə həyata keçirir. Dünyadakı bütün dövlət rəhbərləri ilə müqayisədə xalqla ən çox birbaşa ünsiyyət quran məhz İlham Əliyevdir. Ölkəmiz və xalqımız üçün əlamətdar olan bütün tarixi günlərdə onu ölkə ərazisinin hər hansı bir bölgəsində sadə xalqın arasında görürük. Bu günlərdə Müstəqillik gününü də Xocalıya yenicə qayıdan sakinlərlə birlikdə keçirməsi və onlarla səmimi görüşləri artıq heç kimi təəccübləndirmir. Xalq prezidentdən həmişə belə xoş münasibət görüb”. Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı Prezident xarici ölklərə çoxsaylı səfərlər edir və dünyanın müxtəlif bölgələrindən Azərbaycana gələn dövlət və hökümət başçılarını, rəsmi nümayəndə heyətlərini, beynəlxalq təşkilatların təmsilçilərini şəxsən özü qəbul edir və danışıqlar aparır: “Bu qədər gərgin qrafik əsasında yorulmadan çalışmağın yalnız bir məqsədi var: beynəlxalq arenada Azərbaycan dövlətinin qanuni maraqlarını qorumaq və ölkə daxilində sabitliyi və davamlı inkişafı təmin etmək.

Son 20 il ərzində bütün istiqamətlərdə aparılan siyasətin uğurları göz qabağındadır. Bu uğurlar o qədər möhtəşəmdir ki, hətta ölkəmizə dost münasibətləri bəsləməyən dövlətlər və xarici qüvvələr də onu açıq şəkildə etiraf etməyə məcbur olurlar. Bu gün Azərbaycanın dünya siyasi sistemindəki mövqeyi və nüfuzu ən yüksək səviyyədədir. Bölgəmizlə bağlı heç bir regional və qlobal əhəmiyyətli layihə Azərbaycan dövlətinin iradəsindən kənar icra oluna bilməz”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti qlobal siyasi proseslərdə fəal iştirak edir və dünya birliyi üçün tamamilə yeni və faydalı olan təşəbbüslərlə çıxış edir: “Azərbaycan demək olar ki, hər il dünya miqyaslı qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bu çoxşaxəli və səmərəli fəaliyyəti ilə Prezident İlham Əliyev Azərbaycanı dünya siyasətinin ön sıralarına çıxarıb. Bu gün Azərbaycan qlobal siyasətdə yeni dünya düzəninin formalaşmasında yaxından və fəal şəkildə iştirak edən siyasi aktor rolunda çıxış edir. 20 il öncə bütün bunlar həyata keçirilməsi mümkün olmayan xoş xəyal kimi görünə bilərdi. Lakin bu gün bütün bunlar həyatımızın inkaredilməz reallıqlarıdır. Öz fədakarlığı, yorulmaz fəaliyyəti və dəmir iradəsi ilə bu reallıqları yaradan isə Prezident İlham Əliyevdir”.




Baxış sayı: 80
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30