FACT-INFO.AZ » İQTİSADİYYAT » "İlin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək" - Elçin Əmirbəyov
31-05-2024, 11:30 | İQTİSADİYYAT
"İlin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək" - Elçin Əmirbəyov

"Bu ilin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək".

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

“Bugünkü konfransın şüarında deyildiyi kimi, biz minanın ətraf-mühitə təsirini azaltmağa, təhlükəsiz və "yaşıl" gələcək yaratmağa çalışırıq. Mina fəaliyyətləri xüsusilə münaqişədən sonra çox vacib fəaliyyətdir. İşğaldan azad edilmiş ərazilərdə böyük bir yenidənqurma işləri həyata keçirilir və onların hamısı sıfırdan qurulub. Dünən siz gördünüz ki, sakinlər sıfırdan öz həyatlarına başlayıblar. Ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması üçün işlər sürətlə davam edir. 20 min keçmiş məcburi köçkün bu ilin sonuna kimi yurdlarına köçürüləcək, ümumilikdə 9 şəhər yenidən qurulacaq. 2021-ci ildən bəri təxminən 7 milyard ABŞ dolları bərpa və yenidənqurma işlərinə yatırılıb”, - o qeyd edib.

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, Ermənistanın mina xəritələrini verməkdən imtinası vəziyyəti çətinləşdirir: “Azərbaycan görüləcək işlərlə bağlı üzərinə öhdəlik götürüb. Ümid edirik ki, Ermənistan da bu öhdəlikləri anlayır. Keçmiş məcburi köçkünlərin yurdlarına qaytarılması gecikir, çünki Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdə dayanır. 361 Azərbaycan vətəndaşı 2020-ci ildən bəri mina qurbanı olub. Mina problemi o qədər böyükdür ki, bu prosesi yekunlaşdırmaq illər alacaq. Amma bu gün yüksək avadanlıqlarla təchiz olunmuş ANAMA kimi bir qurumumuzun olduğunu qürurla deyə bilərik. Ümid edirik, bu konfrans imkan verəcək ki, yükün bölüşdürülməsində beynəlxalq ictimaiyyət iştirak edəcək".

E.Əmirbəyov əlavə edib ki, belə vacib məsələdə beynəlxalq ictimaiyyətlə birlikdə fəaliyyət göstərilməlidir. O, BMT-yə mina fəaliyyətində iştirakına və uzunmüddətli əməkdaşlığa görə təşəkkür edib: "Dünən niyyət sazişi imzalandı. Bu bilik mübadiləsi üçün çox böyük haba çevriləcək. Mən bütün beynəlxalq tərəfdaşlarımıza minatəmizləmədəki rollarına görə təşəkkür edirəm".




Baxış sayı: 105
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30