Biz çalışırıq ki, təhlükəsiz və "yaşıl" gələcək yaradaq.
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda keçirilən konfransda deyib.
O, qeyd edib ki, münaqişədən sonra minatəmizləmə çox önəmli bir fəaliyyətdir.
"Qarabağda olan infrastrukturun hər biri sıfırdan qurulub. Həmin ərazilərdə bərpa-quruculuq işlərinə 7 milyard dollar sərmayə qoyulub. Biz hazırda sülhə yaxınıq. Ümid edirik ki, çox yaxın zamanda yerdə qalan digər məsələlər həll olunacaq.
Azərbaycan minalarla çirklənmiş ərazilər baxımından dünyada 5-ci yerdədir. Həmin minalar insan həyatı üçün təhlükə yaradır. Təəssüflər olsun ki, bu səbəbdən həyatını itirən insanların sayı artır. Ermənistanın düzgün mina xəritələrini verməməsi vəziyyəti daha da pisləşdirir. Mina problemi o qədər böyükdür ki, bu prosesin sonlanması illər çəkəcək. Ümid edirik ki, bu konfrans imkan yaradacaq ki, beynəlxalq ictimaiyyət bu yükü bölüşməyə kömək edəcək",- deyə E.Əmirbəyov bildirib.
Baxış sayı: 165
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
