FACT-INFO.AZ » XƏBƏR » Əcnəbi media Azərbaycanın üzləşdiyi mina problemindən yazıb
30-05-2024, 09:00 | XƏBƏR
Əcnəbi media Azərbaycanın üzləşdiyi mina problemindən yazıb

İtaliyanın “Agenzia Nova” və “Kmetro” informasiya agentlikləri Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mina problemi ilə bağlı məqalələr dərc edib.

Fact-info.az xəbər verir ki, yazılarda Azərbaycanın mina və digər növ partlamamış hərbi sursat problemindən böyük miqyasda əziyyət çəkən ölkə olduğu bildirilir. 90-cı illərin əvvəllərindən - birinci Qarabağ münaqişəsindən sonra bu bölgə minalarla ən çox çirklənən ərazi olub. Azərbaycan bu ərazilərə nəzarəti bərpa etdikdə ərazisinin təxminən 12 faizinə səpələnmiş 1,5 milyonadək mina və naməlum sayda müharibə qalıqları aşkar edib.

Vurğulanır ki, son üç il yarım ərzində Azərbaycanda 200-dən çox mina partlayışı hadisəsi baş verib, nəticədə qadın və uşaqlar da daxil olmaqla 359 nəfər həlak olub.

Məqalələrdə mayın 30-da Azərbaycanda “Minaların ətraf mühitə təsirinin azaldılması: təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın keçiriləcəyi bildirilib. Minaların ətraf mühitə təsirinə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması üçün rekultivasiya perspektivlərinə həsr olunan konfrans Zəngilanda başlayacaq, mayın 31-də Bakıda davam edəcək. Tədbirdə qlobal miqyasda analitiklər, ekspertlər və maraqlı tərəflər davamlı həll yollarını birgə araşdırmaq və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün bir araya gələcək.

Qeyd olunur ki, rəsmi Bakı fürsətdən istifadə edərək mövcud tərəfdaşlıqları gücləndirmək və artıq minaların olmadığı dünyaya nail olmaq üçün yeni ittifaqlar qurmaq niyyətindədir. Azərbaycan noyabrda COP29-a ev sahibliyi edəcək və bu konfransda da əsas diqqət minaların ətraf mühitə təsirinə, təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsinə yönəldiləcək.




Baxış sayı: 115
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031