FACT-INFO.AZ » XƏBƏR » “Ümummili Lider Heydər Əliyev-101” silsiləsindən
29-05-2024, 19:30 | XƏBƏR
“Ümummili Lider Heydər Əliyev-101” silsiləsindən

 Dünya qərar tutandan, məxluqat yaranandan insanlar biri birindən həmişə fərqəniblər.

Biri xarici görkəminə, biri yerişinə, biri danışığına, biri bacarığına, biri isə iti ağlına... və s.

Bildiyimiz kimi cəmiyyət iki hissədən ibarətdir-biri ümumi kütlə, digəri isə bu kütləni idarə etmək məharətinə, qabiliyyətinə, səriştəsinə və cəsarətinə malik olan seçilmiş insanlar.

Seçilmiş insanlar dedikdə, təbii ki, ilk növbədə Təbərükü Təalanın seçərək, cəmiyyəti idarə eləmək üçün yolladığı elçilər-peyğənbərlər yada düşür.

Peyğənbərlərdən sonra filosoflar, şairlər, elm adamları, zəka adamlar, sənətkarlar və s. yer almışlar.

İkinci qism insanlar da fəaliyyətləri ilə bu və ya digər şəkildə cəmiyyətə xidmət eləsələr də, onların öyrətdikləri sıradan olan hər adam üçün anlaşılıb başa düşülən və ya həyatlarını, intellektlərini inkişaf elətdirməli, dəyişmələri üçün yararlı ola bilməmişdir.

Dünyada bir qism insanlar da olub və var ki, onlar sadə peşə insanları olan bir ailədə doğulub boya-başa çatsalar da, kütlənin bütün zümrələrini, dövlətləri, ordunu çox böyük bacarıqla idarə etmək qalibiyyətinə malik olmuşlar.

Tarixdən bildiyimiz və Əmir Teymur kimi (o bir ayağından axsadığından, ona Teymurləng də deyiblər) tanıdığımız bir şəxs, kasıb bir ailədə doğularaq ağasına çobanlıq etməsinə baxmayaraq, öz bacarığı və qabiliyyəti sayəsində coğrafiyası şərqdən qərbə qədər uzanan böyük bir imperiya qurmuş, yüzminlərə orduya komandanlıq edərək, bütün hərbi yürüşlərdən zəfərlə qayıtmışdır.

Dünyada XX əsrdə də, yuxarıda qeyd elədiyim koteqoriyalara aid tanınmış insanlar adlarını tarixin səhifəsinə yazmağı bacarmışlar.

Belə insanlardan biri də, deyərdim birincilərindən də biri, müsəlman şərqinin dahi şəxsiyyəti olan-Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevdir.

Heydər Əliyevin tərcümeyihalını nəzərdən keçirərkən, onun da bir sadə peşə adamının- Naxçıvanda yaşayaraq, Naxçıvan dəmir yolunda fəhlə işləyən Əlirza kişinin ailəsində doğularaq, çoxsaylı bacı-qardaşları ilə birlikdə bu ailədə boya-başa çatdığının şahidi oluruq.

Heydər Əliyev istər orta məktəbdə, istər texnikumda, istər Azərbaycan Dövlət Universitetində, istərsə də Sant Peterburqda təhsil alarkən o, öz təhsil səviyyəsi, qabiliyyəti və intellekti ilə yaşıdlarından, tələbə yoldaşlarından yaxşı mənada fərqlənə bilmişdir.

Heydər Əliyev Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsində (DTK) uzun illər xidmət edərək, sıravi əməkdaşdan bu qurumun sədri vəzifəsinə-general mayor rütbəsinə qədər yüksəlmiş və SSRİ kimi böyük bir imperiyanın içərisində belə, o həmişə xalqına, dövlətinə, azərbaycançılığa layiqincə xidmət eləməyi bacarmışdır.

Xalq şairi Bəxtiyar Vavabzadə xatirələrinin birində söyləyir ki, onun Azərbaycanın iki yerə parçalanmasını təmin edən-1828-ci ildə ruslar və farslar tərəfindən Gülüstan kəndində bağlanan “Gülüstan müqaviləsi”nin detallarını özündə əks etdirən “Gülüstan” poeması ötən əsrin 60-cı illərində “Şəki” qəzetində dərc olunan zaman, şairə milləçi-türkçü damğası vuraraq DTK-nın təcridxanasına gətirirlər.

Burada üç sutka saxlanılan şairi oradan çıxararaq, DTK-nın vəzifəli şəxslərindən birinin kabinetinə gətirirlər. Kabinetdə oturan vəzifəli şəxs onu ehtiramla salamlayaraq, oturmaq üçün yer göstərir.

Bu zaman həmin vəzifəli şəxs düyməni sıxaraq “gətirin” deyir və bu zaman bir əməkdaş əlində üstünə ağ parça örtülmüş bir məcmeyi ilə otağa daxil olaraq, məcmeyini masanın üstünə-şairin qarşısına qoyaraq otaqdan çıxır.

Vəzifəli şəxs şairin bir şey anlamadığını hiss edərək, ona müraciətlə-“şair, məcmeyinin örtüyünü götür, yeməkdi, ye, səninçün gətiriblər”-deyir. Üç sutka eyni paltarda təcridxanada olan, paltarı əzilmiş-büzüşmüş, kirlənmiş, üzünü tük basmış Bəxtiyar Vahabzadə örtüyü açanda gözlərinə inanmır.

Məcmeyidə bir misgi isti borş, bir neçə qıça qara çörək, bir stəkan kompot və bir qabda da duza qoyulmuş kələm varmış. Aclığını biruzə versə də, bir məcmeyiyə, bir də vəzifəli şəxsə baxan şair, tərəddüdünü gizlədə bilmir. Bunu hiss eləyən vəzifəli şəxs-“ye şair, səninçün gətirilib”-deyə ona amiranə bir jest də göstərir.

Borşu yeyib, kompotu da içdikdən sonra, vəzifəli şəxs ona:-“Şair, dur get, azadsan”-deyir. Tərəddüd içində olan şair azad olunduğuna inanmasa da, durub asta-asta qapıya tərəf gedir və qapını açıb, geri dönərək minnətdarlıq hissi ilə vəzifəli şəsin üzünə baxaraq çıxmaq istəyəndə, vəzifəli şəxs:-“Şair, get, amma unutma ki, belə isti otaqda adama isti borşu bir dəfə verərlər ha...”, deyir...

Bu vəzifəli şəxs o zaman DTK-nın sədrinin müavini, polkovnik Heydər Əliyev olmuşdur.

Heydər Əliyev həmin poemaya görə Azərbaycan Dövlət Universitetindən işdən də azad edilmiş Bəxtiyar Vahabzadənin işinə pərpa olunmasına da özə köməyini əsirgəmir. Və Ulu Öndər həmişə şairi diqqətində saxlayaraq ona olan sevgisini və qayğısını göstərmişdir.

General Heydər Əliyeyev sonralar uzun illər Azərbaycan DTK-na rəhbərlik də etmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin iyun ayında keçirilən plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nin birinci katibi seçildikdən sonra, Azərbaycanın həyatında, onun iqtisadiyyatının, təhsilinin, mədəniyyətinin, səhiyyəsinin inkişafında yeni bir dövr başlayır

İttifaqa daxil olan 15 müttəfiq respublikalar arasında hər il dalbadal “Keçici Qırmızı Bayraq” alan Azərbaycanın bütün nəaliyyətləri tamamilə Heydər Əliyevin adı ilə bağlı idi.

Heydər Əliyevin avtoriteti sayəsində o zamanlar Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK) Baş Katibi olmuş-SSRİ-nin birinci şəxsi Leonid İliç Brejniyev Azərbaycanı iki dəfə ziyarətə gəlmişdi...

Heydər Əliyev fenomenal yaddaşa malik bir şəxsiyyət idi. O uzun illər öncə gördüyü adamla rastlaşan zaman onunla haçansa görüşdüyünü dəqiqliyi ilə xatırlayar, eşitdiyi hər hansı bir məlumat isə yaddaşından silinməzdi.

O, qədirbilən adam idi. Elm, sənət və digər peşə sahiblərinə diqqət yetirər, qayğısına qalar, onların əməyinə dövlət səviyyəsində olmaqla, fəxri adlar, mükafatlar, mənzillər verər və digər zəruri ehtiyaclarının həlli üçün səxavətini əsirgəməzdi.

O, uşaqlar çox sevərdi. Onlara qaeşı olan mehribançılığı, qayğısı isə xüsusi bir mövzudur...

1982-ci ildə Sov.İKP MK-nin qərarı ilə bu qurumun Ali Orqanı olan Siyasi büroya üzv və SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini seçilən Heydər Əliyevə ölkədə ən mürəkkəb sahələrdən sayılan tikinti, nəqliyyat, rabitə və bu kimi sahələrin müvəkilliyi həvalə ounur.

O cümlədən, on ilə tikintisi başa çatması planlaşdırılan, lakin 6-7 il keçməsinə baxmayaq, nəzərdə tutulan işləırin heç 30-40%-i belə realizə olunmamış-əsrin tikintisi sayılan “Bakal-Amur Magistralı”-nın (BAM) tikintisinə nəzarət də Heydər Əliyevə tapşırılır. Bəlkə də, bəzi Ali vəzifəli şəxslərin bunula Heydər Əliyevin bu işi bacarmayacağına və onu gözdən salmağa çalışdıqları da istisna deyildi.

Amma, Heydər Əliyev bu işin öhdəsincə lazımınca gələrək, tikinti oyektini vaxtından da tez istifadiyə verməyi bacardı.  

Xatırlayaq ki, bu günlərdə Moskvada BAM-ın inşa olunmasının 50 illik yubileyi ilə bağlı keçirilən yığıncağa Rusiya Fedarasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev də dəvət eləmişdi.

Hər iki prezidentin iştirakı ilə keçilən yığıncaqda BAM-nın tikintisində iştirak etmiş insanların çıxışlarında Heydər Əliyevin bu tikintinin reallaşmasında müstəsna rolu olduğunu təkrar-təkrar qeyd etdilər.

Çıxışçılar tərəfindən söylənilənlərə görə, Heydər Əliyev Siyasi Bürodan bu tapşırığı alan kimi, tilinti sahəsinə ezamiyyətə gedərək, bir həftə vaqonda yaşamaqla, obyetə lazım olan mal-material, maşın-mexanizm, azərbaycanlıların daxil olduqları işçi qüvvəsini təşkil və təmin edərək, işçilərlə mütamadi görüşlər keçirib, yaranmış problemləri yerindəcə həll etməklə, yuxarıda qeyd etdiyim kimi, bu strateji obyekti tikərək təhvil verməyə nail olmuşdur.

İndi BAM-da dəmiryol stansiyalarından biri Heydər Əliyevin adını daşıyır...

...1993-cü ildə Azərbaycanda baş verən hadisələr-Qarabağın ermənilər tərəfindən işğal edilməsi, bir milyon məcburi köçkünün öz dədə-baba yurdlarından didərgin düşməsi, Ölkənin siyasi arenasındakı həcimərcilik, vəzifə hərisliyi və s. praktik olaraq Ölkədə vətəndaş müharibəsi vəziyyəti yaratmışdı.

Belə bir dövrdə xalqın çağrışı və təkidi ilə ikinci dəfə siyasi hakimiyətə gələn Heydər Əliyev gecə-gündüz yorulmaz fəaliyyəti ilə Ölkəni bu çıxılmaz vəziyyətdən nəinki çıxardı, hətta bir neçə ilə müxtəlif sahələr üzrə davamlı inkişafı təmin edə bildi. Son onillik fəaliyyətində o Yeni Azərbaycan yaradaraq onun əbədi Ümummilli Liderinə çevrildi.

Heydər Əliyevin “Neft stradegiyası” bu gün də öz bəhrəsini verməkdədi.

Iyirmi il ərzində Azərbaycana rəhbərlik edən-Ulu Öndərin layıqli varisi, Azərbaycan Respublikasının Prezidenti-Ali baş Komandan İlham Əliyev cənabları nəinki bu iqtisadi inkişafı on dəfələrlə artıra bildi, hətta otuz il işğal altında olan Azərbaycan torpaqlarını müzəffər ordumuzun gücü ilə erməni faşizmindən azad edərək, Azərbaycan torpağının hər guşəsində Azərbabaycan bağrağını dalğalandıra bildi.

İndi Ölkə başçısının gündəlik nəzarəti ilə Qarabağın xarabalıqları gülüstana çevrilir, yeni kənd və şəhərlər salınır, İslam dünyasının Mədəniyyət mərkəzi olan Şuşa əsrarəngiz bir görkəm almaqla, bəzəkli gəlini xatırladır...

İndi Apropanın bir neçə ölkəsi Azərbaycan qazı hesabına öz təlabatını ödəyir.

Heydər Əliyevin uzun illərə hesablanmış milli siyasəti İlham Əliyev tərəfindən birə beş həyata keçirilməklə, onun dünyanın çoxsaylı ölkələrinin liderləri ilə şəxsi dostluq münasibətləri, apardığı uğurlu xarici siyasət nəticəsində, Azərbaycan Ali kürsülərdə söz sahibi olaraq öz milli maraqlarını müstəqil şəkildə müdafiə edən bir ölkə kimi tanınır.

Və ən başlıcası, Heydər Əliyev kimi, İlham Əliyev də dediyi sözə əməl edən, etibarlı bir tərəfdaş kimi, xarici ölkə liderləri tərəfindən hörmət və rəğbətlə qarşılanır...

10 may 2024-cü il:-Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Ölkəmizin paytaxtı ilə yanaşı bütün bölgələrimizdə, həmçinin dünyanın bir çox ölkələrində ruh yüksəkliyi ilə qeyd olunmaqdadır və Ulu Öndərin adı rəğbətlə anılır.

Azərbaycan xalqının-Türk dünyasının layiqli övladı-Azərbaycan xalqının iftixarı və güvənc yeri olan Heydər Əliyevin xatirəsi qəlbimizdə həmişə yaşacaqdır.

Ulu Öndərə Allahdan rəhmət, yenilməz Prezidentimiz-Ali Baş Komandan İlham Əliyevə isə Allahdan bollu-bərəkətli, sağlam ömür, Azərbacanımızın çiçəklənməsi naminə apardığı ardıcıl və məqsədyönlü işlərdə və şəxsi həyatında davamlı uğurlar diləyirəm.

 

Naxçıvan Ulu torpaq,

Açdı sənə o qucaq.

Ana qoynudur sıcaq-

nəğmənlə açar səhər,

Əlirza oğlu Heydər.

 

Dəmiryolçu övladi,

Xalqın arzu-muradı.

Sən doğrultdun bu adı-

getmədi ömrün hədər-

Əlirza oğlu Heydər.

 

Azərbaycan Vətənin,

Bu yer, bu dövlət sənin.

Yoxdur dünyada tənin-

sorulsa da nə qədər,

Əlirza oğlu Heydər.

 

Səndədir böyük qüdrət,

Yaratdın yeni dövlət.

Liderlər etdi hörmət-

yolunu oğlun gedər,

Əlirza oğlu Heydər.

 

Dahi insansan əlbət!

Tanıdı bəşəriyyəyt.

Sənə bu xalq, bu millət-

ad verib-Ulu Öndər,

Əlirza oğlu Heydər.

 

Yüz birdi yaşın indi,

Himnimiz sənlə dindi.

Xalqın qədir biləndi-

ruhuna dua edər,

Əlirza oğlu Heydər.

 

İlhamdı baş ucaldan,

Gücü Uca Tanrıdan.

Fəxrəddin Meydanlıdan-

şeiri gül san, onu dər,

Əlirza oğlu Heydər.

           

 Fəxrəddin MEYDANLI
şair, publisist




Baxış sayı: 245
MEK elektron xidmətlərini təqdim edir Bu gün, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Bu gün, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930