FACT-INFO.AZ » XƏBƏR » Bu gün Şəhid Kamilov Mübariz İbadət oğlunun doğum günüdür
29-05-2024, 08:00 | XƏBƏR
Bu gün Şəhid Kamilov Mübariz İbadət oğlunun doğum günüdür

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra Şəhid sözü qəhrəmanlıq simvolu kimi, hər kəsdə qürur hissi  yaşadır. Ermənistanın hərbi təcavüzü zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban gedən, hər qarış yurd yeri üçün canlarından keçən Şəhidlərimiz müasir qəhrəmanlıq tariximizin şərəfli səhifələrini yazdılar. Azərbaycanın hər bir bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla müasir gənclərimizə örnək oldular.

 Şəhidlərimiz ölümə qalib gəlməklə bir ilahi həqiqəti təsdiqlədilər. Bu ilahi həqiqət Azərbaycanın yenilməz, mübariz xalq olduğunu, Şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanətini təsdiq etdi. 

Kamilov Mübariz  İbadət oğlu 1987-ci ilin  may ayının 29-da  Xəzər rayonunun Qala  qəsəbəsində doğulub. 185 saylı məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra  diş texniki üzrə təhsil alır. Bu peşəyə yiyələnmək məqsədilə davamlı kurslarda iştirak edib. Daha sonra əsgəri xidmətə çağrılıb. Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Məsuliyyətli, peşəkar hərbçi olan  Kamilov Mübariz hər zaman hərbi hissə komandirlərinin, hərbi xidmət yoldaşlarının rəğbətini qazanıb. Qüsursuz xidmət keçən  Mübariz hərbi tapşırıqları yerinə yetirən zaman düşmənin basdırdığı tank əleyhinə minaya düşərək şəhid olub.  2007-ci ildə  doğulub boya başa çatdığı Qala  qəsəbəsində dəfn olunub. Mübariz Kamilov Vətənə, torpağa bağlı  hərbçi, millətini sevən insan olaraq,  hər zaman onu tanıyanların qəlbində yaşayacaq.

O, orta məktəb illərindən xüsusi olaraq seçilib. Təhsilə marağı, davamiyyəti, insanlara, elə-obaya, torpağa  sevgisi onu  hər zaman fərqləndirib. Valideynlərinin verdiyi məlumatlara görə, onun belə yüksək davranışları həm orta məktəb illərində, həm də hərbi xidmət keçdiyi dövrdə dostları və digər insanlar tərəfindən yüksək dəyərləndirilib.

Kamilov Mübariz hərbi xidməti başa vurmağına sayılı günlər qalan zaman Şəhidlik zirvəsinə yüksəlib. Məkanı cənnət olsun. O, Azərbaycanın tarixində, taleyində şərəfli  yer tutan qəhrəman olaraq hər zaman rəhmətlə, ehtiramla anılacaq.  Sonda bir vacib məqamı qeyd edək ki, çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə,  son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi  bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq!

Şəhid Kamilov Mübariz İbadət oğluna həsr olunan filmi təqdim edirik.

Fact-info.az

 

 

 




Baxış sayı: 450
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30