FACT-INFO.AZ » CƏMİYYƏT » Azadlıq və müstəqil dövlət anlayışı həmin tarixdən təşəkkül tapdı
28-05-2024, 17:30 | CƏMİYYƏT
Azadlıq və müstəqil dövlət anlayışı həmin tarixdən təşəkkül tapdı
Tarix keçmişdən ibrət dərsi götürüb gələcəyi qurmaq üçün önəmli bir məqamdır. Bu tarixi məqamı bizə yaşadıb Azərbaycanın müstəqilliyinə nail olan Xalq Cümhuriyyətinin liderlərini və ümumilikdə, bu müstəqiliyyə töhfə verən hər kəsi böyük ehtiram hissilə bu gün anırıq. Azadlıq və müstəqil dövlət anlayışı həmin tarixdən təşəkkül tapdı.
Xalq Cümhuriyyətində təmsil olunan insanlar mümkün olmayan bir çox məqamları mümkünə çevirdilər. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyublar. Bu mənim şəxsi qənaətimdir ki, həmin vaxt AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi.
Bundan əlavə Xalq Cümhuriyyətinin yaradılıdığı şərait, ümumilikdə, o dövr çox dəhşətli idi. 1918-ci ildə mart ayından başlayan və may ayında da davam edən ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım bölgədə gərginlik ruh düşkünlüyü yaratmışdı. Müstəqillik haqqında düşünmək kiminsə çətin ağlına gələ bilərdi. Sadə insanlar yalnız canlarının hayında idi. Məhz belə məqamda millətin mübarizə əzmini qaldırmaq, müstəqilliyi bu insanlara bəxş etrmək və nəhayət baş qaldıran erməni separatizminin, vəhşiliyinin qarşısını almaq əsl fədakarlıq idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə yaradılan və fəaliyyət göstərən istintaq komissiyasının materialları ilə tanışam. Bir məqamı təkrar vurğulamaq istərdim. Görün, bu fədakar insanlar qısa müddətdə nə qədər ciddi araşdırmalar aparıblar. Avtomobilin, texnikanın olmadığı həmin dövrdə 1918-ci il soyqırımlarının baş verdiyi bütün kəndlərdə Xəlil bəy Xasməmmədovun rəhbərlik etdiyi bu komissiya araşdırma aparıb, qətlə yetirilən insanların yaxınları, ümumilikdə erməni vəhşiliyini öz gözləri ilə görən şəxslər dindirilib, protokollar tərtib olunub.
 O zaman həmin istintaq komissiyası belə obyektiv tədqiqatlar aparmasaydı bəlkə də bu gün biz 1918-ci il soyqırımlarını qaranlıq tarix kimi unutmuşduq. Hər bir millətin öz keçmiş tarixindən qürur duyduğu, gələcəyinə işıq saldığı məqamlar var. Biz Xalq Cümhuriyyəti ilə qürur duymalıyıq. Belə müstəqil, demokratik dövləti qurduqlarına, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırım faktlarını ciddi tədqiq etdiklərinə görə, bü gün həm Xəlil bəy Xasməmmədova, həm digər Xalq Cümhuriyyətinin qurucularına, liderlərinə rəhmət diləyirik, onların ruhları qarşısında baş əyirik. Lakin onların səhvlərini təkar etməməliyik. Axı tarix və tarixdə yaşananlar həm də bir ibrət dərsidir.
Onu qeyd etmək istərdim ki, Xalq Cümhuriyyətinin liderləri siyasi idarəetmə sisteminə, ümumilikdə o dövrün siyasətinə əxlaqi dəyərlər gətirdilər. O zaman dünyada o cümlədən Avropada tam oturuşmayan demokratik seçki sistemini, idarəetmə ənənələrini, Azərbaycanda tətbiq etməyə cəhd göstərdilər. Azərbaycan dövlətinin yaranması, inkişafı uğrunda mücadilə aparan bu insanlar bu istəklərinə müəyyən mənada nail oldular.
Gerçəkdən onlar böyük ideallar uğrunda mübarizə aparırdılar. Lakin dost olmayan bəzi dövlətlər Azərbaycanın uğurunu, dövlət kimi möhkəmlənməsini həm o zaman, həm indi həzm edə bilmirlər. Belə təhlükələr hər zaman gözləniləndir.
Əkrəm Bəydəmirli



Baxış sayı: 560
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30