FACT-INFO.AZ » SİYASƏT » Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
28-05-2024, 11:00 | SİYASƏT
Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Blinken: ABŞ Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır

Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalıqının Müstəqillik Gününü təbrik edirəm.

Fact-info.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir. Açıqlamada bildirilir ki ABŞ 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı kimi sahələrdə Azərbaycanla qarşılıqlı maraq əsasında qurulmuş əlaqələri yüksək qiymətləndirir. “Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kəskinləşən qlobal problemlərlə bağlı əməkdaşlığımızı dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. ABŞ Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır və biz övladlarımız və nəvələrimiz üçün daha davamlı və dayanıqlı iqlim gələcəyini təmin etmək naminə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə işləməyə hazırıq”, - deyə açıqlamada qeyd olunub.

A.Blinken əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycanın demokratik inkişafına və Azərbaycan Konstitusiyasına uyğun olaraq insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliklə paralel şəkildə davam edəcək.

“Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz uzun müddətdir davam edən münaqişə səhifəsini bağlamaq və daha yaxşı gələcək qurmaqla bağlı bu səyləri dəstəkləməyə hazırıq. Biz əlaqəni gücləndirəcək və regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi ilə bağlı olan bu bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”, - deyə Antoni Blinken qeyd edib.




Baxış sayı: 80
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031