Azərbaycan istehsalı olan 10 ədəd "Revival P" minatəmizləmə maşınları əməliyyatlara cəlb edilib.
Fact-info.az-a bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, “İmprotex” Şirkətlər Qrupu tərəfindən “Made in Azerbaijan” brendi altında istehsal olunan daha 10 ədəd “Revival P” mexaniki minatəmizləmə maşınları agentliyə təhvil verilib.
Beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir.
Minatəmizləmə metodologiyalarından biri olan mexaniki minatəmizləmə vasitələri əməliyyatların səmərəli və təhlükəsiz yerinə yetirilməsi baxımından ən başlıca vasitələrindən biridir.
“Revival P” piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın toplam çəkisi 6.5 ton, uzaqdan idarəetmə məsafəsi 2000 metrdir. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlar sərt torpaq örtüyü olan ərazilərdə və böyük meyl bucağı altında rahat idarə edilir. Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir.
Əldə edilən “Revival P” minatəmizləmə vasitələri ”Böyük Qayıdış” proqramı çərçivəsində icra edilən bərpa-quruculuq, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz geri dönüşü məqsədilə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə böyük töhfə verəcəkdir.
Baxış sayı: 125
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
