FACT-INFO.AZ » SİYASƏT » “The Spectator”: Makronun müstəmləkə imperiyası gözləri qarşısında dağılır
26-05-2024, 14:00 | SİYASƏT
“The Spectator”: Makronun müstəmləkə imperiyası gözləri qarşısında dağılır

Fransanın xaricdəki departamentlərindəki acınacaqlı vəziyyət və davam edən iğtişaşlar onu deməyə əsas verir ki, Fransa lideri Emmanuel Makronun müstəmləkə imperiyası onun gözləri qarşısında dağılır.

Fact-info.az xəbər verir ki, bu barədə Britaniyanın “The Spectator” jurnalının köşə yazarı Conatan Millerin məqaləsində deyilir.

Müəllif Makronun Fransanın xarici regionuna və departamentinə - Hind okeanındakı Mayot arxipelaqına, eləcə də Sakit okeanda yerləşən Yeni Kaledoniyanın xüsusi inzibati-ərazi qurumuna səfəri ilə bağlı təəssüratlarını ifadə edib.

“Fransa prezidenti bu həftə imperator rolunu oynamaq üçün adalara qayıtdı. Bununla belə, onun imperiyası gözümüzün qabağında dağılır”, - Millerin şərhində deyilir. Onun fikrincə, hətta “əbədi optimist” Makron belə, bu bölgələrdə hansı fəlakətli vəziyyətin hökm sürdüyünü görməməzlikdən gələ bilməz, çünki Mayote iğtişaşlara bürünüb, Yeni Kaledoniya isə vətəndaş müharibəsi astanasındadır.

“Oxşar vəziyyət Parisin digər xaricdəki mülklərində də geniş vüsət alır: Fransız Qvianasında, Reünyonda, Fransız Polineziyasında və bir çox başqalarında. Bu bölgələr çoxdan yalnız dövlət maliyyəsini udmaq üçün dibsiz bir çuxura çevrilib. Fransızlardan başqa hamı çox gözəl başa düşür ki, Fransada qalan imperiyanın sonu nəhayət yaxınlaşır. Bölünməz respublika dağılır”.

Qeyd edək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir.

Onlar da, öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Sakinlərin 40 faizini kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il "Numea müqaviləsi"nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni "yalnız ovaxtkı sakinlərlə" məhdudlaşdırmağa razılaşıb.

Yeni Kaledoniyada müstəqillik üçün dörd dəfə referendum keçirilib, boykotdan öncəki səsvermədə kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib. Buna baxmayaraq, müstəqillik istəyənlərin sayı getdikcə artır.




Baxış sayı: 100
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30