FACT-INFO.AZ » QHT » Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
21-05-2024, 22:00 | QHT
Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük qrant müsabiqəsinin qalibi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsini icra edir.
Layihə çərçivəsində Şimali Kipr Türk Respublikasından (ŞKTR) bir qrup vətəndaş cəmiyyəti təmsilçilərinin Azərbaycana səfəri təşkil edilib.
Heyətə Şimali Kipr Türk Respublikasının Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça, ŞKTR-nin “Şəhid ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Əlillər Komitəsinin sədri Ahmet Akdeniz, ŞKTR-nin Türk Dövlətləri Dərnəyinin sədri Ali Akın Önder, Girne Amerikan Universiteti dekanı Boğaçhan Bayülken, ŞKTR İTÜ baş katibi Dursun Koç, “Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi”nin baş katibi Selim Terzi və digər şəxslər daxildir. Heyətlə keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyası ailəsinin ayrılmaz hissələridir, qardaş ölkələrdir, ikitərəfli münasibətlər uğurla inkişaf edir.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sabah Bakıda türk dünyasından olan şəhid ailələrinin iştirakı ilə konfransın keçiriləcəyini, daha sonra Şimali Kiprdən olan qonaqların Şuşa, Xocalı və Ağdama səfər edəcəyini bildirib.
ŞKTC-dən gəlmiş heyət üzvləri qonaqpərvərliyə görə təşəkkür edib,
iki ölkə arasında qeyri-hökumət təşkilatları arasındakı qardaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıblar.
ŞKTC-dən Azərbaycana səfər edən 20 nəfərlik heyətin 12 nəfəri şəhid ailələrinin üzvləridir.



Baxış sayı: 125
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30