FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
21-05-2024, 09:30 | MƏDƏNİYYƏT
Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas Salman Mümtazın 140 illiyi ilə bağlı “Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmal və “Ədəbiyyatımızın Mümtazı” adlı geniş videomaterial hazırlanıb.

Fact-info.az  xəbər verir kİ, materiallarda şairin gənclik illəri, ədəbiyyata gəlişi, “Molla Nəsrəddin” jurnalı, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Dövlət Muzeyində xidmətləri, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə birgə fəaliyyəti haqqında məlumat verilib.

Videomaterialda onun 1920-ci ildə Azərbaycan ədəbiyyatının bərpası üzrə komissiyanın təşkilatçısı və sədr olması, uzun illər Azərbaycanı gəzərək yazıçıların əlyazmalarını toplaması, 200 kitab, məqaləni “Unudulmuş yarpaqlar” başlığı altında dərc etdirməsi, klassiklərin əsərlərinin toplanıb, yenidən nəşr olunmasında nümayiş etdirdiyi müstəsna əməyi haqqında məlumatlar təqdim olunub. Həmçinin S.Mümtazın repressiya dövründə “Xalq düşməni” damğası altında həbs edilməsi, topladığı 270-ə yaxın əlyazmaların məhv edilməsi, sürgünlük həyatı və xatirəsinin əbədiləşdirilməsi haqqında faktlar da öz əksini tapıb.

“Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmalda görkəmli şəxslərin mədəniyyət tariximizin fədakar tədqiqatçısı haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu və onun haqqında qələmə alınan “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “El şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri”, “Salman Mümtaz arxivinin təsviri”, “Salman Mümtazın ədəbi və elmi fəaliyyəti” kimi iyirmiyə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası yer alıb.

Materiallarla kitabxananın rəsmi saytından https://ryl.az/multimedia/edebiyyatimizin-mumtazi https://ryl.az/funds/biblioqrafik-icmal tanış olmaq mümkündür.




Baxış sayı: 815
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30