1990-cı illərin ortasından bəri Xəzər dənizinin səviyyəsi iki metrdən çox aşağı düşüb.
Fact-info.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbərinin müavini Vasili Sokolov məlumat verib. O qeyd edib ki, bu müddət ərzində dəniz demək olar 2,4 metr dayazlaşıb. Eyni zamanda, sahil xətti və su bioloji resursları çox böyük xarici təsirlərlə üzləşməyə davam edir. Nəticədə bəzi növlərin populyasiyaları yox ola bilər.
“Rusiya yaxın gələcəkdə Volqanın axınının tənzimlənməsi məsələsini həll etməzsə, həm Xəzər suitilərinin sayı ilə, həm də daha kütləvi və heç də az əhəmiyyətli olmayan kilkə kimi növlərlə bağlı problemlərlə üzləşə bilərik”, - deyə Vasili Sokolov vurğulayıb.
Xəzər dənizi beş ölkənin - Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan sahillərini əhatə edən ən böyük su obyektidir. Bu gün o, mütəmadi olaraq çirklənmə və iqlim dəyişikliklərindən əziyyət çəkir. Buna görə də dəniz heyvanları həlak olur, bir çoxu yox olma təhlükə altındadır.
Xəzər suitləri də risk zonasındadır. Mütəxəssislər onların tamamilə yox olacağını proqnozlaşdırırlar. Belə ki, 1990-cı ildən 2012-ci ilə qədər populyasiyanın sayı 1,2 milyondan 274 minə qədər azalıb. Xəzərin sahillərində vaxtaşırı heyvanların kütləvi ölümü qeydə alınır. Rusiyanın Təbiət Nazirliyi Xəzər suitilərinin statusunun sayı azalmaqda olandan nəsli kəsilməkdə olana dəyişdirilməsini təklif edir.
Baxış sayı: 300
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
