Güclü və inkişaf etmiş müdafiə sənayesi kompleksi Türkiyənin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində mühüm amillərdən biridir və ölkənin beynəlxalq arenada strateji çəkisini artırır.
Fact-info.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada “ASELSAN” şirkətinin istehsalı olan radar erkən xəbərdarlıq sisteminin Türkiyə Silahlı Qüvvələrinə (SQ) təhvil verilməsi mərasimində bildirib.
“Çoxsaylı uğurlu layihələr sayəsində yerli şirkətlər Türkiyənin müdafiə məhsullarının idxalından asılılığını minimuma endirməklə yanaşı, böyük ixrac tədarükü də yarada biliblər. Müdafiə məhsullarının istehsalı ölkə üçün həyati vacib məsələdir", - deyə Y.Gülər bildirib.
Nazir Türkiyənin beşinci nəsil “Kaan” hərbi təyyarəsinin və “ANKA 3” zərbə PUA-larının (pilotsuz uçuş aparatlarının) ilk uçuşlarına diqqəti yönəldib. “Biz həmçinin “Hürküş”, “Hürjet” təyyarələri, “Gökbey” helikopteri, “Altay” tankı, torpedolar və müxtəlif modifikasiyalı raketlərin layihələri ilə fəxr edirik. Bu, görülən işlərin yalnız kiçik bir hissəsidir”, - nazir qeyd edib.
Müdafiə naziri müasir dövrün risk və çağırışlarını xatırladıb, milli təhlükəsizliyə təhdidlərin aradan qaldırılmasında güclü ordunun rolunu vurğulayıb.
Onun sözlərinə görə, asimmetrik təhdidlər fonunda ölkələr daim texnoloji imkanlarını inkişaf etdirməli, müdafiə doktrinalarını dəyişməlidirlər.
Baxış sayı: 140
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
