İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.
Fact-info.az xəbər verir ki, “SAF” İsveç-Azərbaycan Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə İsveçin müxtəlif şəhərlərindən gələn 100-dən çox qonaq iştirak edib. Tədbirdə Azərbaycanın İsveçdəki səfirliyin və Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə xarici qonaqlar və diaspor nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “SAF” İsveç-Azərbaycan Birliyinin sədri Sevda Dadaşova çıxışında tədbirin Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı çərçivəsində təşkil edilməsini bildirib.
Sonra “Qarabağ” bazar günü məktəbinin şagirdləri qonaqların qarşısında “Uzundərə” rəqsini ifa ediblər.
Baxış sayı: 100
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
