Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 47 il əvvəl – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Muzeylərdə təhsil və tədqiqat” adlanır.
əbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır, muzeylərdə “açıq qapı” elan edilir.
Builki əlamətdar gün münasibətilə “Bir muzeyin sirri” adlı layihə həyata keçirilir. Layihənin məqsədi gənc nəslin maariflənməsində müstəsna əhəmiyyəti olan muzeylərin təbliği, o cümlədən yutub platforması və digər sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyanın mədəni irsimiz barədə məlumatlandırılmasıdır.
Layihə çərçivəsində tanınmış simaların təqdimatı ilə videoçarxlar hazırlanaraq Bakı şəhərində fəaliyyət göstərən muzeylərin yutub və başqa sosial şəbəkə hesablarında paylaşılır. Videoçarxlarda xalqımızın çoxəsrlik tarixi-mədəni və ədəbi mirasının qorunub gələcək nəsillərə çatdırıldığı muzeylərin əhəmiyyəti vurğulanır, bu mədəniyyət ocaqlarının ziyarəti təşviq olunur.
Baxış sayı: 100
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
