FACT-INFO.AZ » İQTİSADİYYAT » ƏƏSMN və UNİCEF arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni Fəaliyyət Planının layihəsi hazırlanıb
15-05-2024, 11:30 | İQTİSADİYYAT
ƏƏSMN və UNİCEF arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni Fəaliyyət Planının layihəsi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) arasında uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Əməkdaşlığın davam etdirilməsi və genişlənməsi məqsədilə iki illik dövr üzrə görüləcək birgə işləri müəyyən edən yeni Fəaliyyət Planının layihəsi hazırlanıb.

Fact-info.az xəbər verir ki, bu barədə Nazirlikdə UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Saca Faruq Abdullah ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial sahədə, habelə uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində son illər aparılan islahatlar barədə məlumat verib. “Himayədar ailə” qayğı modelinin tətbiqi işləri, reinteqrasiya tədbirləri, uşaqlara yönələn reabilitasiya yönümlü sosial xidmətlərin keyfiyyətinin və həcminin artırılması üçün atılan addımlar qeyd edilib.

Həmin sahələrdə, habelə sosial işçilərin bacarıqlarının artırılması üçün aparılan işlərdə, bunun üçün müvafiq təlimlərin, təcrübə səfərlərinin təşkilində, habelə əlilliyi olan gənclərin məşğulluq imkanları və bacarıqlarının artırılmasının dəstəklənməsində UNICEF-lə əməkdaşlığın, birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Hazırlanmış yeni Fəaliyyət Planı layihəsində dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə reinteqrasiyası, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması və s. üzrə əməkdaşlıq istiqamətlərinin əsas yer tutduğu qeyd edilib.

S.F.Abdullah ölkəmizdə sosial sahədə həyata keçirilən islahatları, uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində görülən işləri maraqla izlədiklərini və müsbət dəyərləndirdiklərini, Nazirliklə əməkdaşlığın daim genişlənməsinə önəm verdiklərini, bunun üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə birgə fəaliyyət istiqamətlərində görülən işlər və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.




Baxış sayı: 155
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30