FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli-530” adlı sərgi təşkil olunub
14-05-2024, 22:20 | MƏDƏNİYYƏT
“Dahi Azərbaycan şairi Məhəmməd Füzuli-530” adlı sərgi təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Erudit liseyində “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli-530” adlı kitab sərgisi təşkil edib.

Bu barədə Fact-info.az-a MEK-dən məlumat verilib. Sərgi “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində AMEA-nın Tədbirlər planına əsasən “Füzuli günləri” layihəsi çərçivəsində reallaşıb. Erudit liseyinin bir qrup müəllim və şagirdinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə kitab sərgisinə baxış olub. MEK-in Xidmət şöbəsinin əməkdaşı Sədaqət Kazımova sərgi haqqında ümumi məlumat verərək bildirib ki, kitabxananın fondlarındakı kitablar əsasında sərgilənən nəşrlər dahi Azərbaycan şairi M.Füzulinin zəngin yaradıcılığını özündə ehtiva edir.

Liseyin direktor müavini Sevil Əliyeva bu cür sərgilərin məktəblərdə keçirilməsinin önəmli olduğunu vurğulayaraq dahi şairin yaradıcılığına tez-tez müraciət etdiklərini diqqətə çatdırıb. Direktor müavini qeyd edib ki, Füzulinin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub.

MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva görkəmli şairin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Məhəmməd Füzuli Azərbaycan şeirinin ən gözəl nümunələrini yaradıb. A.Əliyeva şairin ana dilində yazdığı “Hədiqətüs-süəda”, eləcə də “Bəngü-Badə”, 302 qəzəl və rübailərindən ibarət “Divan”ı, o cümlədən farsca yazdığı 327 beytdən və yeddi hissədən ibarət “Həft cam” məsnəvisi, “Rindu-zahid” adlı nəsr əsəri, ərəbcə yazdığı “Mətləül-etiqad” fəlsəfi-teoloji traktatı haqqında söz açıb.

A.Əliyeva şairin türkcə “Divan”ının ən qədim nüsxəsinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığını da vurğulayıb.

Liseyin şagirdləri M.Füzuli haqqında öz tarixi biliklərini çatdırıb, şairin həyatı, mühiti və əsərləri haqqında danışıb, qəzəllərindən parçalar səsləndiriblər.

Sonda MEK məktəblilərə dünya klassik ədəbiyyatının incilərindən olan kitablar hədiyyə edib.




Baxış sayı: 515
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30