Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada işə başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də “Qarabağnamə” adlı sərgi açılıb.
Fact-info.az xəbər verir ki, Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzində açılan sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş olunur.
Qarabağın tarixinə, füsunkar təbiətinə boyalara həyat verən təsviri sənət ustalarımızın “Laləzar körpüsü”, “Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”, “Ana Vətən” və digər əsərlərinin qarşısından dayanmadan keçmək mümkün deyil. Fırça ustalarımız Azərbaycanın dilbər guşəsi Qarabağa xüsusi həssaslıqla yanaşıblar. Qarabağın tarixi şəxsiyyətləri, başı qarlı dağları, çayları, dərələri əsərlərdə çox təbii alınıb.
Sərgidə rəssamların seçilmiş mövzulu əsərlərini səciyyələndirən ilkin xüsusiyyət rəng-forma cəlbediciliyidirsə, ikinci əsas şərt bədii ümumiləşdimələr aparmaları, Qarabağın tarixi ənənələrinə bələdçilik, ana təbiətə, adət-ənənələrimizə maraq və sevgidir. Sərgilənən əsərlərdə Qarabağın stereotipləri, musiqi sənəti, süfrə mədəniyyəti, bayram coşqusu, milli mətbəxi kimi mövzular böyük həvəslə canlandırılıb.
Əsərləri nümayiş etdirilən rəssamlar da öz sevinclərini bölüşərək öz yaradıcılıqlarında bundan sonra da doğma, əziz Qarabağımıza və onun baş tacı olan Şuşaya xüsusi yer ayıracaqlarını bildirdilər.
Baxış sayı: 190
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
