Fransanın siyasi dairələri təxribatçı əməllərini davam etdirirlər.
Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bəyanatda, həmçinin qeyd edilir: "Bu günlərdə Fransanın Lion şəhərinin meri Qreqori Duse erməni diasporasının bir qrup radikal üzvləri ilə birlikdə “böyük ermənistan” adlanan sərsəm xülyanın xəritə təsviri qarşısında fotoşəkil çəkdirərək, region ölkələrinin ərazi bütövlüyünə qarşı qəsd etmiş və regionda gərginliyi artırmaq üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd etmişdir.
Xatırladaq ki, Qreqori Duse vaxtilə məlum separatçı dairələrlə müntəzəm görüşlər keçirərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə fəal dəstək vermişdir. Bundan əlavə, Lion meri Ermənistanda Azərbaycan mədəni irsinin yer üzündən silinməsində yaxından iştirak edir. Məhz onun təşəbbüsü ilə, Lion meriyası və İrəvan bələdiyyəsi İrəvandakı tarixi Təpəbaşı məhəlləsinin qalıqlarının dağıdılması layihəsinə başlamışlar.
Qərbi Azərbaycan İcması Qreqori Dusenin təxribatçı hərəkətlərini və Fransa siyasi dairələrində geniş vüsət almış Azərbaycanofobiyanı kəskin şəkildə qınayır və Fransadan destruktiv əməllərinə son qoymağı tələb edir".
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
