FACT-INFO.AZ » XƏBƏR » Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir
7-05-2024, 08:00 | XƏBƏR
Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir

Bu gün Gürcüstanda baş verən hadisələr vaxtilə bu ölkədə, daha sonra isə Ukraynada həyata keçirilən təxribat ssenarinin təkrarıdır və Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir. Bu baxımdan, Gürcüstan hakimiyyətinin, Azərbaycanın öz milli maraqlarının, təhlükəsizliyinin qorunması istiqamətində nümayiş etdirdiyi qətiyyətli mövqedən ruhlanaraq, atdığı addımlar, ilk növbədə, qonşu ölkənin müstəqilliyinin qorunmasına xidmət edir. Geridə qalan zaman kəsiyi sübuta yetirib ki, Qərbin avantüralarına alət olmanın sonu, hətta dövlət müstəqilliyinin de-fakto itirilməsi ilə nəticələnə bilər.

Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

O, bildirib ki, hazırda Gürcüstanda, təkcə bu ölkənin ərazisində deyil, bir sıra postsovet ölkələrində Birləşmiş Ştatların və digər Qərb ölkələrinin təsir agentləri şəbəkələrinin formalaşdırılması, maliyyələşdirilməsi ilə bağlı Soros Açıq Cəmiyyət Fondu, ABŞ Milli Demokratiya Fondu (NED), Milli Demokratiya İnstitutu (NDI), Beynəlxalq respublikaçılar İnstitutu və digər bu kimi təsisatların əlaqələndiricisi funksiyalarını yerinə yetirən onlarla təşkilat var. Onların arasında “Beynəlxalq şəffaflıq – Gürcüstan”, “Gürcüstanın demokratik təşəbbüsü”, “Gürcüstan hüquqlar”, eləcə də “Açıq Cəmiyyət İnstitutu” xüsusilə seçilir. Müxtəlif yollarla onlara “ayrılan” vəsaitlərin, qeyri-qanuni formada, vergi nəzarətindən yayındırılaraq, Gürcüstanın və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin QHT-lərinə, media resurslarına və siyasi partiyalarına ötürülməsi, nüfuz müvəkkilləri şəbəkələrinin genişləndirilməsi “missiyası”nı həyata keçirirlər.

Siyasi ekspertin fikrincə, araşdırmalar göstərir ki, hazırda Gürcüstanda, yalnız xaricdən ötürülən vəsaitlər hesabına “fəaliyyət” göstərən yüzlərlə qeyri-hökumət təşkilatı var və qrant vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan QHT-lərin sayı isə on minə yaxındır. Bu QHT-lər, təkcə siyasi proseslərə müdaxilə etmir, bütövlükdə Gürcüstan cəmiyyətinin dayaqlarını sarsıdırlar. Bu “qrantyeyən” QHT-lərin fəaliyyətlərinin əsas istiqamətlərindən biri də mühafizəkar Gürcüstan cəmiyyətinin ənənəvi dəyərlərinin məhv edilməsidir. Təsadüfi deyil ki, Gürcüstanın Pravoslav Kilsəsi də xarici agentlər haqqında qanunun qəbulunu dəstəkləyir. Gürcüstan Patriarxlığının bəyanatında qeyd olunur ki, “Uzun illərdən bəri xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının, televiziya kanallarının kilsəni gözdən salmaq üçün kampaniya apardıqları təkzibolunmaz faktdır”.

“NED prezidenti Deymon Vilsonun bu yaxınlarda Gürcüstanın qeyri-hökumət təşkilatlarına müraciət edərək, onları hökumətə qarşı kütləvi etirazlara çağırması, əslində prosesin mahiyyətini tamamilə açığa çıxarır. Bənzər bəyanatla Avropa Parlamentinin üzvü, “Demokratiya uğrunda” Avropa Fondunun rəhbəri Devid Mak Allister də çıxış edib. Bu isə açıq-aşkar Gürcüstanda baş verən proseslərin ABŞ-dan və Avropa İttifaqından, xarici kəşfiyyat strukturlarının “vətəndaş cəmiyyəti”ndəki təmsilçiləri tərəfindən idarə olunduğunu təsdiqləyir. Maraqlıdır, bu gün xarici agent qanununun qəbul olunmasına qarşı sərt çıxış edən ABŞ-da “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlı qanun 1938-ci ildə, Almaniyanın İkinci Dünya müharibəsi ərəfəsində apardığı təbliğata cavab olaraq qəbul edilib. Bir sıra dəyişikliklərdən sonra (1966, 1995 və 2007-ci illər) sənəd xarici siyasi maraqların lobbiçiliyi ilə mübarizə alətinə çevrilib”, -deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

O, deyib ki, qanun xarici hökumətlərin, partiyaların, təşkilatların, şirkətlərin və ya şəxslərin maraqlarını təmsil edən və onların göstərişləri əsasında fəaliyyət göstərən qurum və fiziki şəxslərdən, o cümlədən ABŞ vətəndaşlarından ABŞ Ədliyyə Departamentində xarici agent kimi qeydiyyatdan keçməyi tələb edir.

2018-ci ildən Avstraliyada Xarici Təsir Şəffaflığı haqqında Çərçivə Aktının qüvvədə olduğunu bildirən siyasi ekspert qeyd edib ki, buna əsasən, xarici agentlər dövlət reyestrində qeydiyyatdan keçməli və fəaliyyətləri haqqında hesabat təqdim etməlidirlər. Qanun ölkədə xarici təsirin xarakteri və miqyası haqqında məlumat əldə etmək üçün nəzərdə tutulub. O, parlamentdə, mediada lobbiçilik fəaliyyətini, maliyyə resurslarının təminatını əhatə edir. Qeydiyyat olmadan fəaliyyət göstərmək, şəffaflıq öhdəliklərinə əməl etməmək və ya yalan, çaşdırıcı məlumat vermək cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayət hesab olunur.

2024-cü il martın 27-də Milli Assambleya (Fransa parlamentinin aşağı palatası) xarici müdaxilənin qarşısını almaq üçün qanun layihəsini təsdiqləyib. Senatda səsvermə may ayına təyin edilib. Qanunun təsdiqlənəcəyi təqdirdə, 2024-cü ilin sonuna qədər qüvvəyə minməsi planlaşdırılır. Qanun layihəsinə görə, Fransa xarici agentlərin öz reyestrinə malik olmalıdır. Sənəd “lobbiçilik, kommunikasiya və ya ianə toplama fəaliyyəti” ilə məşğul olan əcnəbilərin qeydiyyatdan keçməsini tələb edir. Məlumatı (şəxsiyyəti, fəaliyyəti, əlaqələri haqqında) təqdim etməkdən imtina edən şəxsləri üç il həbs və 45 min avro məbləğində cərimə gözləyir. Göründüyü kimi, Fransa parlamentinin yuxarı palatasında bu ay ərzində belə bir qanunun qəbulu gözlənilir.

“Belə anlaşılır ki, onlara olar, amma bizə yox. Əslində bu baxış bucağı, Qərbin dövlətlərin suveren hüquqlarına olan real münasibətini nümayiş etdirir. Məhz bu aspektləri nəzərə alan və proseslərin inkişafını, hər zaman olduğu kimi dəqiq proqnozlaşdıran Azərbaycan 14 il bundan öncə qanunların dili ilə ölkəni öz geosiyasi maraqlarının plasdarmına çevirmək istəyənlərə yerini milli iradənin qətiyyətli ifadəsi ilə göstərmişdi. Bu gün Cənubi Qafqazda baş verənlər Azərbaycanın öz müstəqil qərarlarında nə qədər haqlı olduğunu bir daha sübuta yetirir”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.




Baxış sayı: 145
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30