Ermənistandakı etiraz aksiyalarının drijoru və təşkilatçısı arxiyepiskop Baqrat Qalstanyanın olduğunu media yazır. Erməni kilsələri insanları terror aktı törətməyə, çaxnaşmalar, təlatümlər yaratmağa təşviq etməsi faktı təbii ki, yenilik deyil. Tarixə nəzər salsaq erməni kilsələrinin antitürk siyasətinin mahiyyətində “böyük Ermənistan” xülyasının əsas hədəflərdən biri olduğu bəlli olur. Bu gün isə bəlli olan odur ki, həmin xülyalar puça dönür. Qaranlıq miflərə deyil, mövcud reallığa və ədalətə uyğun olaraq regiona sülh gəlir. İqtisadi inkişaf üçün yeni imkanlar yaranır.
Təəssüf ki, bəzi qüvvələr bunu qəbul edə bilmirlər. Ermənistanın yaradıcısı, uzun illər himayədarı olan Rusiya və beyni zəhərlənmiş erməni diasporu, digər məkrli qüvvələr buna imkan verərlərmi? Xeyr!
Müşahidələrimizə əsasən onu deyə bilərik ki, sülhə mane olmaq istəyən qüvvələrin məqsədi odur ki, yaxın perspektivdə ilkin də olsa sülh müqaviləsi imzalanmasın. Bizə məxsus olan tarixi yurd yerlərimiz, həmin kəndlərin sakit şəkildə qaytarılması baş tutmasın. Azərbaycan isə haqqı-ədaləti bərpa etmək üçün hərbi müdaxilə etsin. Nəticədə regionda gərginlik daha da artsın. Sülhdən qaçan erməni keşişlərini təlimatlandıranların hədəflərində bu və digər pozucu planların olması mümkündür.
Ermənistanın baş naziri, zavallı N. Paşinyanın öz ölkəsində dərinləşən təxribatların qarşısını alıb, sülh müqaviləsinin imzalamnası ilə bağlı addımlar atacağı haqqında bu gün nəisə demək çətindir. Hər halda prosesləri diqqətlə izləyib adekvat addımlar atmalıyıq.
Əkrəm Bəydəmirli
Baxış sayı: 220
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
