Düzgün maliyyələşdirmə və vəsaitlərin ayrılması olmadan iqlim gündəliyini irəli aparmaq mümkün olmayacaq.
Fact-info.az-ın verdiyi məlumata görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.
“İqlim gündəliyini inkişaf etdirməklə bağlı çoxsaylı müzakirələr gedir. Artıq çox iş görülüb, amma daha çox iş görməliyik. Ən vacib məsələlərdən biri də təbii ki, maliyyələşdirmədir”, - o bildirib.
Nazirin sözlərinə görə, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan Dubayda keçirilən COP28-in müsbət nailiyyətlərinə əsaslanacaq.
O, həmçinin vurğulayıb ki, Azərbaycan iqlim gündəliyini irəli aparmaq üçün beynəlxalq konsensusa nail olmağa ümid edir.
Baxış sayı: 75
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
