FACT-INFO.AZ » MEDİA » Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
4-05-2024, 15:30 | MEDİA
Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

 Hər il mayın 3-ü dünyanın əksər ölkələrində Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd olunur. Mayın 3-ü Bakıda “Royal Hotel” in akt zalında bu münasibətlə dəyirmi masa təşkil edildi. Dəyirmi masanı Bakının Xətai rayonundakı 264 nömrəli məktəb - liseyin müəllimi Əsmər Mehrəliyeva açıq elan etdi. Dahi şəxsiyyət Heydər Əliyevin və  Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olanların əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi.

Əsmər xanım Beynəlxalq Söz və Mətbuat Azadlığı gününə həsr edilən tədbirin ictimai əhəmiyyəti barədə məlumat verdi. Eyni zamanda, qeyd etdi ki, bu günkü tədbirin təşkilatçısı “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İctimai xadim Elnur Abasovdur. Mayın 3-ü həm də Elnur bəyin doğum günüdür. Əsmər xanım tədbir iştirakçıları adından Elnur Abasovu təbrik etdi və gələcək işlərində yeni-yeni uğurlar arzuladı. Daha sonra söz 44gunsavash.az saytının baş redaktoru, jurnalist  Şamil Sabiroğluya verildi. Şamil müəllim yenicə fəaliyyətə başlayan 44gunsavash.az saytının qarşısında duran mühüm vəzifələrdən danışdı. O, qeyd etdi ki, tədbir Beynəlxalq Söz və Mətbuat Azadlığı gününə həsr olunub. Çıxış edənlər Azərbaycanda söz və mətbuat azadlığı barədə öz fikirlərini söyləyə bilərlər. Şamil müəllim qeyd etdi ki, mayın 3-ü Ölkəmizdə həm türkçülük günü kimi qeyd olunur, həm də dostumuz Elnur Abasovun doğum günüdür.  Şamil Sabiroğlu  tədbirdə iştirak edən qonaqlar adından Elnur bəyi təbrik etdi və sonra sözü Elnur Abasova verdi.

Elnur bəy 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaşın Azərbaycan xalqının qələbəsi ilə başa çatması üçün qardaşı Mövsümağa Abasovla birgə əllərindən gələn yardımı göstərdiklərini  qeyd etdi. O, düşmən üzərində qazanılan qələbədə zəhməti olan hər bir şəxsi salamladı, Ali Baş Komandan cənab İlham Əliyevi XXI Əsrin Qəhrəmanı adlandırdı. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Ceyran Əzizova düşmən üzərində qazanılan tarixi qələbəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin, Silahlı Qüvvələrimizin şəxsi heyətinə təşəkkür etdi. Ceyran xanım Elnur Abasovun ictimai fəallığını yüksək qiymətləndirdi. Jurnalist Ekspert Mərkəzinin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu Ölkəmizdə söz və mətbuat azadlığı üçün yaradılan şəraitdən bəhs etdi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 44gunsavash.az saytının qurucusu və direktoru Mövsümağa Abasov Beynəlxalq Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarını təbrik etdi. Dedi ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında jurnalistlərin müstəsna xidmətləri var. Azərbaycan Respublikası Sosial Rifah və Tədqiqatlar ictimai birliyinin sədri, fact-info.az saytının baş redaktoru Əkrəm Bəydəmirli,”Bizim yol” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həziyev, Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı,  “Ədalət” qəzetinin xüsusi müxbiri Əntiqə Rəşid,  “Mir” Dövlətlərarası TeleRadio Şirkətinin Azərbaycan Milli nümayəndəliyinin baş prodüseri Mübariz Hacılı və başqaları da Azərbaycanda fəaliyyət göstərən KİV əməkdaşlarını Beynəlxalq Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar təbrik etdilər. Elnur Abasov tədbirdə iştirak edən jurnalistlərə qiymətli hədiyyələri təqdim etdi. Daha sonra tədbir çay süfrəsi arxasında davam etdirildi.

Şamilə Ələkbərli

Fact-info.az




Baxış sayı: 615
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031