Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərginin açılışı olub. Fact-info.az xəbər verir ki, sərgidə bir çox incəsənət nümayəndələri, o cümlədən rəssamlar iştirak ediblər.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışında xalçalardan və onların incəsənətimizdəki yerindən danışıb, Taryer Bəşirovun yaratdığı xalçalarda Azərbaycan tarixini necə əks etdirdiyini vurğulayıb.
Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Heydər Əliyev Fondunun Humanitar siyasət məsələləri departamentinin müdiri Afət Əliyeva, Tahir Salahovun Ev-Muzeyinin direktoru Səadət Mirzəyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun professoru, Əməkdar elm xadimi Kübra Əliyeva, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov çıxış ediblər. Natiqlər Əməkdar rəssam haqqında fikirlərini bölüşüb, Taryer Bəşirovu 65 illiyi və fərdi sərgisi münasibəti ilə təbrik edib, uğurlar diləyiblər.
Baxış sayı: 80
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
