FACT-INFO.AZ » XƏBƏR » Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib
3-05-2024, 19:00 | XƏBƏR
Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib

Mayın 3-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib.

Fact-info.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Aİ-nin digər məsələlərdə olduğu kimi, mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxladığını və dəstəyini əsirgəmədiyini qeyd edib. Vurğulayıb ki, Aİ ANAMA-nın potensialının artırılmasına kömək göstərməyə, bu məsələdə maarifləndirmə işində Azərbaycana tam gücü ilə dəstəyi davam etdirməyə hazırdır.

Avropa İttifaqı ilə Azərbaycanın güclü və yaxın tərəfdaşı olduğunu vurğulayan Peter Mixalko bildirib: “Azərbaycan vətəndaşları münaqişə başlayandan indiyədək çox əziyyət çəkiblər. Ötən müddət ərzində Aİ Azərbaycanın yanında olub və həmişə də olacaq. Hazırda minatəmizləmə məsələsi Azərbaycan üçün əsas prioritetlərdən biridir və biz ölkəyə bu istiqamətdə kömək etməyə hazırıq".

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 30 ilə yaxın erməni işğalı nəticəsində Azərbaycan minalar və müharibənin partlayıcı qalıqları kimi nəhəng çağırışla üz-üzədir. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkələri sırasındadır. Ölkəmizdə 1,5 milyon mina və partlayıcı qalıqları var. Bu, Azərbaycan ərazisinin 12 faizini əhatə edir. Bu, həm mülki vətəndaşlara ciddi risk yaradır, həm də sosial-iqtisadi inkişafa əngəl törədir.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, 2020-ci ildə müharibənin başa çatmasından bu il aprelin 27-dək 212 mina partlayışı hadisəsi baş verib, nəticədə uşaqlar və qadınlar daxil olmaqla, 356 şəxs bu partlayışların qurbanı olub. Bu hadisələr göstərir ki, ərazilərin minalardan təmizlənməsinə və qurbanlara kömək göstərilməsinə təcili zərurət var. Ümumilikdə ötən 30 il ərzində Azərbaycandakı mina qurbanlarının sayı 3435 nəfərdir.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların dəqiq xəritələrini verməkdən imtina etməsi minatəmizləmə işlərini çətinləşdirir və 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına mane olur.

“Azərbaycan beynəlxalq ictimaiyyətin minalardan təmizlənmə səylərində bəşəriyyətin həmrəyliyinin əlaməti olaraq adekvat siyasi və praktiki dəstəyinə güvənir. Belə ki, bu prosesin böyük və mənfi humanitar təsiri olmaqla yanaşı, minalarla çirklənmə sülh və barışıq prosesi ilə bağlı da çağırış yaradır. Ölkəmizin müəyyən dərəcədə inkişaf etmiş institusional bacarıqlarını və təlim proqramlarını nəzərə alsaq, birbaşa maliyyə ianələrini əməliyyatların əhatə dairəsini genişləndirmək üçün bu prosesdə ən mühüm yardım növü hesab etmək olar.

Digər prioritetlərə isə mina qurbanlarına dəstək, texniki sorğular, texniki-iqtisadi araşdırmalar, məlumatların idarə olunması, texnoloji irəliləyişlər, coğrafi ərazi üzrə metodologiyaların yerinə yetirilməsi, təmizləmə prosesini daha da yaxşılaşdırmaq üçün bir neçə texnologiyadan eyni vaxtda istifadə edilməsi, qadınlardan ibarət minatəmizləmə komandalarına dəstək göstərilməsi, mexaniki minatəmizlənmənin genişləndirilməsi, minaaxtaran itlərin təlimi, demarkasiya, hasarlama, partlayıcı sursat riski ilə bağlı maarifləndirmə daxildir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Minatəmizləmə fəaliyyətində maarifləndirmə prosesini genişləndirmək və əməkdaşlığı təşviq etməklə bağlı Azərbaycanın beynəlxalq təşəbbüslərinə toxunan H.Hacıyev bildirib ki, ölkəmizin dünya miqyasında səyləri mina məsələsinə dair xarici dəstək axtarışından daha irəliyə gedərək maarifləndirmənin genişləndirilməsini, beynəlxalq əməkdaşlığın və həmrəyliyin təşviqini əhatə edir. Azərbaycan bu istiqamətdə aşağıdakı təşəbbüsləri həyata keçirib:

- Azərbaycanda minatəmizləmə fəaliyyətinə dair illik beynəlxalq konfransların keçirilməsi. BMT-nin İnkişaf Proqramı ilə birgə təşkil olunan bu konfranslar ölkəmizi mina fəaliyyəti üzrə siyasi dialoq üçün mühüm məkana çevrilib. Növbəti konfrans bu il mayın 30-31-də Zəngilanda və Bakıda keçiriləcək. Konfransda minaların ətraf mühitə təsirlərindən bəhs olunacaq və bu mövzu Azərbaycanın COP29 sədrliyinə uyğundur. Biz Aİ-nin və onun üzv dövlətlərinin yüksək səviyyədə iştirakını səbirsizliklə gözləyirik.

- Qoşulmama Hərəkatının humanitar minatəmizləmə üzrə Təmas Qrupunun yaradılması təşəbbüsü. Prezident İlham Əliyevin tövsiyəsi əsasında Qoşulmama Hərəkatının ötən il qəbul etdiyi qərara əsasən bu təmas qrupunun əsası qoyulub və sentyabrda qrup fəaliyyətinə başlayıb.

- Minaların mədəni irsə mənfi təsirlərinin vurğulanması. Azərbaycan hərbi münaqişələr zamanı mədəni irsin qorunmasını qəti surətdə dəstəkləyir. Azərbaycan 2016-cı ildə UNESCO-nun mədəni mülkiyyətin qorunmasından bəhs edən “Hərbi bələdçi”ni maliyyələşdirmişdir. Ötən il UNESCO minaların mədəni irsə təsiri ilə bağlı qətnamə qəbul edib. Bu qətnamənin davamı olaraq hazırda Ağdamda bu məsələyə həsr edilmiş xüsusi konfrans keçirilir.

- Azərbaycan BMT ilə birlikdə minatəmizləmə fəaliyyəti üzrə təlimlər üçün BMT-nin İnkişaf Proqramı-ANAMA mərkəzini yaratmaq üzrədir. Azərbaycan artıq oxşar problemlərlə üzləşən digər ölkələrə öz təcrübə və biliklərini paylaşaraq yardım edir. Bu mərkəzin yaradılması ANAMA-nın təlim dəstəyi göstərmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Aİ də daxil olmaqla beynəlxalq tərəfdaşlarımızdan bu qurumun yaradılmasına və fəaliyyətinə göstəriləcək hər hansı dəstək səmərəliliyi daha da artıracaq.

- Azərbaycan minatəmizləmə fəaliyyəti üzrə milli Dayanıqlı İnkişaf Məqsədi qəbul edib və BMT çərçivəsində onun qəbulu təşəbbüsünü irəli sürüb.

Aİ-nin “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” ilə bağlı danışan Hikmət Hacıyev vurğulayıb ki, minaların təmizlənməsi Azərbaycan-Aİ əməkdaşlığının ən mühüm istiqamətlərindən birinə çevrilə bilər. Bu kontekstdə biz yüksək səviyyəli siyasi dialoqun praktiki davamı olaraq “Minaların təmizlənməsi sahəsində Azərbaycanın səylərini dəstəkləmək üçün Avropa Komandası Təşəbbüsü”nün elan edilməsini yüksək qiymətləndiririk. Bu mexanizm Aİ və onun üzv dövlətlərinin dəstəyini əlaqələndirmək, həmçinin səfərbər etmək üçün çərçivə kimi nəzərdə tutulub. Həqiqətən də belə bir təşəbbüsün vaxtı çoxdan çatıb.

“Biz bu təşəbbüsün təfərrüatları, xüsusilə də onun maliyyə parametrləri haqqında daha çox şey öyrənməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, maliyyələşdirmənin səviyyəsi üzləşdiyimiz problemin miqyasına uyğun olacaq. Bundan başqa, biz inanırıq ki, Avropa Komandası Təşəbbüsü çərçivəsində praktik layihələr üçün prioritetlərin müəyyənləşdirilməsi ev sahibi olan dövlətin prinsiplərinə əsaslanacaq. Bizə lazım olan real minatəmizləmədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Pul vermək istəmirsinizsə, pulu gəlib minatəmizləyən şirkətə verin, əgər kömək etmək istəyiniz varsa”.

Aİ-nin regionda sülh və inkişafı dəstəkləmək üçün nadir imkanı var. Ümid edirik ki, Avropa Komandası Təşəbbüsünün irəli sürülməsi Aİ-nin regiona dəstək siyasətində ədalətli yanaşmanın və keçmiş münaqişədən böyük zərər çəkmiş yeganə tərəf kimi Azərbaycanın obyektiv ehtiyaclarının təmin edilməsi istiqamətində ilk addım olacaq”, - deyə Prezidentin köməkçisi qeyd edib.





Baxış sayı: 75
ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir Bu gün, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib Bu gün, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb Bu gün, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb Bu gün, 08:30 Şamaxıda zəlzələ baş verib Bu gün, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir Dünən, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib Dünən, 18:00 Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək Dünən, 17:30 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb Dünən, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib Dünən, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Dünən, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək Dünən, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb Dünən, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub 31-08-2026, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib 31-08-2026, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib 31-08-2026, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib 31-08-2026, 16:00 Prezident İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib 31-08-2026, 14:30 On nəfər Azərbaycan gənci HTP çərçivəsində Latviyada təhsil alacaq 31-08-2026, 11:00 Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib 31-08-2026, 10:30 İran Prezidenti Məsud Pezeşkian: "Biz müharibə axtarışında deyilik" 31-08-2026, 10:00 Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib 31-08-2026, 08:30 Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib 30-08-2026, 16:30 Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib 30-08-2026, 15:30 Medianın İnkişafı Agentliyi bəyanat yayıb 29-08-2026, 21:00 Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər 29-08-2026, 10:30 Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub 29-08-2026, 08:00 “New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır 29-08-2026, 08:00 “Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb 28-08-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930