"Bu gün ölkəmiz artıq bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, Azərbaycanda keçirilən bu tədbirlər qlobal miqyasda mühüm əhəmiyyətə malikdir". Fact-info.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Azərbaycan etnik-mədəni və dini müxtəlifliyin qorunması, tənzimlənməsi baxımından dünyada nümunə ölkələrdən biridir. Bu gün Azərbaycanda müxtəlif dinlərin, təriqətlərin, etnik qrupların nümayəndələri sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan bu baxımdan bir çox dünya ölkələri üçün əsl nümunədir. Ölkəmiz bu sahədə öz liderliyini qoruyur, prosesə töhfələrini birmənalı olaraq verir. Bu baxımdan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox böyük önəm daşıyır".
Baxış sayı: 270
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
