"Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır".
Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş parlamentlərarası konfransında çıxışı zamanı deyib.
Spiker qeyd edib ki, Azərbaycanın mədəni irsi burada əsrlər boyu yaşamış bütün etnik və dini qrupların irsini təmsil edir: "Ölkəmizdə müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yanadırlar. Bu cür mədəni müxtəliflik cəmiyyətimizin güclü tərəfidir və bu dəyərlərə hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır".
Bütün tarixi və dini abidələrin dövlətin himayəsində olduğunu bildirən Milli Məclisin sədri bildirib ki, onların yüzlərlə nümunəsi dövlət maliyyəsi ilə bərpa edilib və qorunub saxlanılıb.
"Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu işə verdiyi böyük töhfələr bəşəriyyətin mədəni irsinin qorunmasına və mədəniyyətlərarası dialoqun təşviqi işinə əvəzsiz dəstəkdir", - S.Qafarova əlavə edib.
Baxış sayı: 90
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
