Böyük Qayıdışa dair I Dövlət Proqramı tədbirlər planında əks olunan fəaliyyətlər üzrə icra edilir və təbii ki, eyni vaxtda bütün şəhər və kəndləri bərpa etmək mümkün deyil. Bu, zaman tələb edən prosesdir. Fact-info.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov rəsmi mətbuata müsahibəsində deyib.
O, bildirib ki, qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək.
"Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmizin simvoluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq", - Komitəsinin sədr müavini qeyd edib.
Baxış sayı: 105
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
