FACT-INFO.AZ » SİYASƏT » Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür
2-05-2024, 07:30 | SİYASƏT
Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Mayın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  Fact-info.az-a bildirilib ki, görüşdə Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında danışılıb. Forum çərçivəsində keçirilən "Mədəni irsin qorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin rolu" mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın sözügedən mövzunun parlamentarilər tərəfindən müzakirəsi və qanunverici orqanlar arasında dialoqun daha da dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Bakı Prosesi” əsasında yaradıldığını xatırladan Milli Məclisin sədri Sahibə Qafarova bu Forumun hazırda mədəniyyətlərarası dialoq, dünyamızı narahat edən, birgə səylər və əməkdaşlıq tələb edən məsələlər üzrə açıq müzakirələr üçün beynəlxalq səviyyədə mühüm platformaya çevrildiyini bildirib.

Həmçinin Azərbaycan və Malayziya arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. Müxtəlif sahələrdə əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd edilib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında da əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi vurğulanıb. Parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərarası münasibətlərin inkişafına mühüm və müsbət təsir göstərən istiqamətlərdən biri olduğu ifadə edilib. Qeyd olunub ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlər münasibətlərin daha da dərinləşməsinə töhfə verir. Dostluq qrupları arasında təmasların gücləndirilməsinin önəmi vurğulanıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıran Malayziya Parlamenti Senatının sədri Malayziyanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, iki ölkə arasında əlaqələrin bir sıra sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Senat sədrinin sözlərinə görə, dövlətlər arasında münasibətlər xalqlarımızın daha da yaxınlaşmasına töhfə verir. O, siyasi dialoqla yanaşı, təhsil, mədəniyyət, gənclər siyasəti sahəsində əməkdaşlıq imkanları barədə də fikirlərini bölüşüb.

Söhbət zamanı Mutanq Taqal ölkəsinin qanunverici orqanlar arasında da dialoq və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin bu istiqamətdə töhfə verəcəyinə inamını ifadə edib.

COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar təbriklərini çatdıran qonaq qeyd edib ki, belə mühüm qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır.





Baxış sayı: 55
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30