Bu il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində fəaliyyətə yönələcəkdir. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.
Fact-info.az xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, olduqca qürurverici olan COP29-un Azərbaycanda keçirilməsi qərarı həm də ölkəmizin yaşıl gələcək ilə bağlı hədəflərinin məntiqi davamıdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyəri təsdiq edir.
Baxış sayı: 115
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
