"Hər kəs bütün dünyada sülhün bərqərar olmasına çalışmalıdır. BMT artıq sülhməramlı missiyasını siyasi amilə çevirib".
Fact-info.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən plenar sessiyada deyib.
Hazırda dünyada münaqişələrin artdığını vurğulayan A.Zuyev bildirib: “Belə bir vəziyyətdə BMT-yə olan etimadın qorunması üçün əlimizdən gələni etməliyik. Əsas diqqət tərəfdaşlığa yönəldilməlidir. Hazırda bütün dini və siyasi tərəflər Bakıda bir araya gəliblər. Əminəm ki, bu forum beynəlxalq sülhü təşviq edəcək. Azərbaycan siyasi müzakirələrdə iştirakını beynəlxalq səviyyədə davam etdirir”.
Baxış sayı: 95
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
