"Yarış mənim üçün gərgin keçdi".
Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyeva deyib.
O, yarışın gərgin keçdiyini bildirib: "Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirdim. Lakin bu dəfə alındı. Çox möhtəşəm hisslərdir. Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki məni xoşbəxt etdi. O, hər zaman zərif cinsin nümayəndələrinə qayğı göstərir. Buradan ona dərin minnətdarlığımı bildirirəm".
Onun sözlərinə görə, bu nəticəni daha əvvəl də gözləyirmiş: "Bu, fərdi yarış olduğu üçün bütün gözləntilərimi kənara qoymuşdum. Şükür ki, məqsədimə çatdım".
İti zəka sahibi qələbədən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun ona zəng etdiyini söyləyib: "İlk olaraq qələbəmi onunla qeyd etdim. Onun bizə olan dəstəyi böyükdür".
Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb. Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
Baxış sayı: 115
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
