FACT-INFO.AZ » XƏBƏR » ANAMA sədri: Mina problemi regionun inkişaf səylərinə əhəmiyyətli dərəcədə mənfi təsir edir
30-04-2024, 18:00 | XƏBƏR
ANAMA sədri: Mina problemi regionun inkişaf səylərinə əhəmiyyətli dərəcədə mənfi təsir edir

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.

Nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Qurumlararası Koordinasiya Qrupu və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə Minatəmizləmə üzrə Milli Direktorların və Birləşmiş Millətlər Təşkilatı Müşavirlərinin cari ilin 29 aprel - 1 may tarixlərində keçirilən 27-ci Beynəlxalq Görüşündə iştirak edir.

27-ci Beynəlxalq görüşdə nümayəndə heyəti “Həyatın qorunması. Sülhün qurulması” əsas mövzusu altında minatəmizləmə fəaliyyəti sahəsinin üzləşdiyi aktual problemlərlə bağlı müzakirələrə qatılıb.

Tədbirlər çərçivəsində 30 aprel tarixində Agentlik və BMT-nin İnkişaf Proqramı tərəfindən “Minatəmizləmə fəaliyyətində milli nailiyyətlər – inkluziv yanaşma və DİM-lər” mövzusunda yan tədbir təşkil edilib.

Yan tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin insanların sağlamlığına, yaşam mühitinə, ətraf mühitin çirklənməsinə təhlükə yaratmasını, regionun inkişaf səylərinə əhəmiyyətli dərəcədə mənfi təsirini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması və onun fəsadlarının azaldılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər və əldə edilən nailiyyətlərə dair məlumat təqdim edib. Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasından söz açan Agentliyin sədri mina təhlükəsi ilə mübarizə təşəbbüslərinin effektiv və davamlı şəkildə həyata keçirilməsi üçün inklüziv yanaşmaların vacib olduğunu vurğulayıb.

Yan tədbir çərçivəsində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dayanıqlı inkişaf üzrə təşviq edilməsi, partlayıcı sursatların mədəniyyət nümunələrinə mənfi təsirləri, habelə gender və inklüziv yanaşmalar vasitəsilə mina təhlükəsi ilə mübarizə istiqamətində fəaliyyətlərin gücləndirilməsi mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.




Baxış sayı: 85
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031