FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyevin Berlin səfəri anti-Azərbaycan qüvvələrin qərəzli kampaniyasına ciddi zərbə vurdu
29-04-2024, 17:00 | SİYASƏT
Prezident İlham Əliyevin Berlin səfəri anti-Azərbaycan qüvvələrin qərəzli kampaniyasına ciddi zərbə vurdu

Prezident İlham Əliyevin Almaniyaya səfərinin əsas məqsədi “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak olsa da, yalnız bu mühüm tədbirlə məhdudlaşmadı. Məlum olduğu kimi, Petersberq İqlim Dialoqu 2010-cu ildən bəri beynəlxalq iqlim danışıqlarının tərkib hissəsi hesab olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının uğurlu işinin əsas istiqamətlərini müəyyən etmək üçün hər il seçilmiş ölkələrin yüksək səviyyəli nümayəndələri Almaniyaya gəlirlər.

Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC–a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.

O, bildirib ki, builki tədbirdə Azərbaycan Prezidenti COP29-un təşkili ilə bağlı çıxış etdi və ölkənin sessiyaya hazırlığının yüksək səviyyədə davam etdiyini vurğuladı. Dövlətimizin başçısı lakonik çıxışında həm sessiyanın yüksək səviyyədə təşkil olunacağı, həm də Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verilməsini nəzərdə tutan konkret tədbirlər barədə iştirakçılara məlumat verdi. Bu çıxış, Almaniyada keçirilən digər tədbirlər, o cümlədən Almaniya Kansleri, Prezidenti və xarici işlər naziri, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə keçirilən görüşlərdə COP29 üçün mühüm addımlar oldu.

“Petersberq İqlim Dialoqunun Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq üzrə əsas mərhələlərdən biri olmasını nəzərə alsaq, Azərbaycanın bu mərhələni uğurla keçdiyini qeyd edə bilərik. Dövlətimizin başçısı Almaniyada olarkən həm Petersberq İqlim Dialoqunın Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı, həm digər görüşlərdə, Almaniya Federal Kansleri Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransında COP29-la bağlı anti-Azərbaycan qüvvələrin, mərkəzlərin və bəzi dövlətlərin apardıqları kampaniyanı alt-üst etdi. Azərbaycan Prezidenti verilən ən sərt sualları yüksək diplomatik üsulla, səbirlə, təcrübəli dövlət rəhbəri kimi təmkin və ciddi arqumentlərlə cavablandırdı. Bununla da Prezident İlham Əliyev anti-Azərbaycan qüvvələrin aylarla davam edən qərəzli kampaniyasına ciddi zərbə vurdu. Həmçinin Almaniya ilə münasibətlərdə Azərbaycan tərəfindən asılı olmayan səbəblərdən yaranmış gərginliyin aradan qalxması, Avropanın ən böyük iqtisadiyyatına malik ölkə ilə əməkdaşlığın genişlənməsi baxımından da səfəri çox uğurlu hesab etmək olar”, - deyə S.Məmmədov əlavə edib.




Baxış sayı: 95
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30