FACT-INFO.AZ » XƏBƏR » COP29 ərəfəsində Azərbaycan-Almaniya görüşləri
29-04-2024, 14:00 | XƏBƏR
COP29 ərəfəsində Azərbaycan-Almaniya görüşləri

Avropa İttifaqının lokomotivi sayılan bir ölkə ilə münasibətlərin inkişafı və bütün səviyyələrdə əlaqələrin dinamikliyi ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan-Almaniya münasibətlərində iqtisadi əməkdaşlığın çəkisi həmişə üstünlük təşkil edib. Lakin son dövrlərdə Almaniyada Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə maraq yarandığını və bu mövzu ətrafında iki ölkə rəhbərliyi arasında artıq bir neçə dəfə fikir mübadiləsinin olduğunu müşahidə edirik. Prezident İlham Əliyev bu yaxınlarda çıxışlarından birində Almaniyanın bölgəmizdəki proseslərə yanaşma tərzini təqdir etmişdi. Bu yaxınlarda Almaniya hökumətinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də Almaniyada baş tutmuşdu. “Petersberq İqlim Dialoqu”nda iştirak etmək üçün Azərbaycan Prezidentinin Almaniyaya budəfəki səfəri işgüzar xarakter daşıyırdı. “Petersberq İqlim Dialoqu” 2011-ci ildə Almaniyanın ozamankı Kansleri Angela Merkel tərəfindən təsis olunub və qlobal iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin aparıldığı bir forumdur. Bu il COP29 tədbirinə ev sahibliyi edəcək ölkənin rəhbəri kimi İlham Əliyev bu forumun ən çox arzulanan iştirakçı qonağı oldu.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

O, qeyd edib ki, Prezident İlham Əliyev forum iştirakçılarına ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı ətraflı məlumat verdi: “Prezident Azərbaycanın Avropaya yaşıl enerji ixrac etmək istiqamətində apardığı işlərdən də danışdı. Dövlətimizin başçısı bildirdi ki, 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Prezident İlham Əliyev 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırılacağını bildirdi. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayan dövlətimizin başçısı bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq yeni enerji stansiyalarının tikintisinə başlanacağını bildirdi. Prezident qeyd etdi ki, 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Prezident İlham Əliyev öz çıxışında bildirdi: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.

Deputatın sözlərinə görə, bu forumda aparılan müzakirələr ilin sonunda ölkəmizdə keçiriləcək COP29 tədbirləri çərçivəsində davam etdiriləcək. Bütün bunlarla yanaşı Almaniya səfəri həm də iki ölkə arasında daha geniş mövzuların müzakirə edilməsi üçün əlverişli bir fürsət oldu.

“İkitərəfli münasibətlər müstəvisində Azərbaycan və Almaniya arasında əməkdaşlıq da kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Almaniya Kansleri ilə görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan fəaliyyətlər müzakirə olundu. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almaniyada görüşünü xatırladan ölkə Prezidenti bu görüşün təşkili üçün Almaniya Kanslerinə minnətdarlığını bildirdi və növbəti görüşün Qazaxıstanda keçiriləcəyi haqqında məlumat verdi. Torpaqlarımızın işğaldan azad olunmasından sonra ərazidə aparılan bərpa-quruculuq işlərindən danışan Prezident İlham Əliyev bu günə qədər 6 min məcburi köçkünün öz evinə qayıtdığını və yaxın zamanlarda 20 minədək köçkünün də öz doğma torpaqlarına qaytarılacağını bildirdi. Bu səfər Azərbaycanın COP29 tədbirinə hazırlığı baxımından və eləcə də Almaniya və Azərbaycan arasında qarşılıqlı faydalı və praqmatik münasibətlərin möhkəmləndirilməsi baxımından çox böyük uğurla nəticələndi”, - deyə Cavanşir Feyziyev vurğulayıb.




Baxış sayı: 90
Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir Bu gün, 11:30 Yüksək qan təzyiqinin gizli təhlükəsi haqqında Bu gün, 09:30 COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub Bu gün, 08:30 İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub Bu gün, 08:30 NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik Bu gün, 07:30 Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb Dünən, 19:30 Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb Dünən, 16:30 Президенту Туркменистана преподнесен в дар карабахский скакун Dünən, 15:30 Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə diqqət yetiriblər Dünən, 15:00 Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha Dünən, 14:30 Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada Dünən, 11:30 XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir Dünən, 11:00 Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib Dünən, 09:00 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır Dünən, 09:00 Qazaxıstan Orta Dəhlizin inkişafı üçün razılaşmalar əldə edib Dünən, 09:00 Qalibaf: İran Hörmüz boğazını beynəlxalq qaydalara uyğun idarə edəcək Dünən, 08:30 Nazirlər Kabineti QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaları təsdiq edib 22-06-2026, 17:30 Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir 22-06-2026, 17:00 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22-06-2026, 16:30 Vətəndaş İctimai Nəzarət Platformasının Təşəbbüs Qrupu yaradılıb 22-06-2026, 15:00 NİİM piyadalara müraciət edib 22-06-2026, 11:30 Sovet repressiyasının sındıra bilmədiyi şəxsiyyətlər 22-06-2026, 11:30 Azərbaycan tarixşünaslığının banisi 22-06-2026, 10:00 FHN çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmasına çağırıb 22-06-2026, 09:30 “Uzaq yolların işığı”nda 22-06-2026, 08:30 Ağdam şəhərində peşə kursuna başlanılıb 22-06-2026, 08:30 İrəvan Azərbaycan Pedaqoji Texnikumunun məzunu İslam Adıgözəlov və onun “Vurğunun” şeiri 21-06-2026, 14:30 Şanlı Ordumuz -  26 iyun Silahlı Qüvvələr  gününə ithaf 21-06-2026, 13:30 Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib 20-06-2026, 19:00 Moldovada dünyanın musiqi əfsanəsi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş toplantı 20-06-2026, 17:30
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930