FACT-INFO.AZ » XƏBƏR » “Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından irəliyə doğru atılmış növbəti uğurlu addım oldu”
29-04-2024, 10:30 | XƏBƏR
“Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından irəliyə doğru atılmış növbəti uğurlu addım oldu”

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.Ölkə başçısı aprelin 26-daAlmaniyada mətbuat konfransında çıxışı zamanı da diqqətə çatdırdı ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.        
Cənab Prezident bildirdi ki,COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı kimihəm də Avropa üçün yaşıl enerji təchizatçısı olacaqdır.2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.
Ölkə başçımız vurğuladı ki, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul edilib. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik.
Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbatın artmasından danışan Prezident İlham Əliyev qeyd etdi ki,əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.
Dövlət başçımız çıxışında Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirərək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşü, Almaniyanın xarici işlər nazirininbu məsələdədəstəyi barədə də fikirlərini bölüşdü. Cənab Prezident qeyd etdi ki, növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.
Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünü tam bərpa eməsi,Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinin başlanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndiningeri qaytarılması, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırması, ölkəmizdə media azadlığının təmin edilməsi, media məkanının xarici neqativ təsirlərdən qorunması,Qarabağda və Şərqi Zəngəzurda gedən bərpa, yenidənqurma işləri, Azad olunmuş torpaqlara müntəzəm surətdə media turlarının təşkil edilməsinin əhəmiyyəti, artıq 6 min keçmiş köçkünün öz dədə-baba torpağına qayıtması, Fələstin xalqının azadlığının və müstəqilliyinin hər zaman Azərbaycan tərəfindən dəstəklənməsi, Azərbaycanın neftdən və qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə etməsi barədə də dəyərli fikirlərini bölüşdü.
Həmin gün aprelin 26-da Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentindəki çıxışında isə COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanınbu qlobal tədbirə hazırlığı,Azərbaycanın120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il sədrliyi dövründə görülən işlər, ölkəmizinbir çox Avropa ölkələri ilə münasibətləri, Azərbaycanın OPEC+ platformasının üzvü kimi fəaliyyəti, ölkəmizin neft və qaz ehtiyatlarınınistifadə istiqamətləri, onun Avropa üçün əhəmiyyəti, Azərbaycanınxarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələri, onların enerji təhlükəsizliyinin gücləndirilməsində rolu barədə danışdı. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərinin yekunlarına nəzər salsaq, əminliklə deyə bilərik ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından irəliyə doğru atılmış növbəti uğurlu addım oldu. 

Jalə Əhmədova
Milli Məclisin deputatı




Baxış sayı: 125
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30