FACT-INFO.AZ » İQTİSADİYYAT » Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək
29-04-2024, 09:30 | İQTİSADİYYAT
Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da "AzərEnerji" tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki, hazırda Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik stansiyalarının tikintisi aparılır. 4,3 meqavat gücündə "Zar", 8,8 meqavat gücündə "Nadirxanlı", 8,6 meqavat gücündə "Aşağı Vəng" və 22,5 meqavat gücündə "Yuxarı Vəng" su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda "AzərEnerji" tərəfindən ümumi gücü 32 meqavat olan "Kəlbəcər-1", "Meydan", "Qamışlı", "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" kiçik su elektrik stansiyaları yenidən qurularaq Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub. Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon kilovat saata yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. Qeyd edək ki, cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik göstəricilərinin yüksək olması səbəbindn stansiyalar hazırda nominal gücdə işləyir.

Sonda xüsusi bir məqamı da diqətə çatdıraq ki, kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən "Qlobal Karbon Şurası" təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.




Baxış sayı: 75
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30