FACT-INFO.AZ » XƏBƏR » İtkin düşən vətəndaşlarımızın yeni sayı açıqlandı
29-04-2024, 10:00 | XƏBƏR
İtkin düşən vətəndaşlarımızın yeni sayı açıqlandı

"Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Dövlət Komissiyasına Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələrindən çox saylı müraciətlər daxil olur".

Fact-info.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya geniş müsahibəsində deyib.

O, bildirib ki, bu müraciətlər iki istiqamətdədir: "Birinci istiqamət itkin düşmüş şəxs kimi qeydiyyatda olan vətəndaşların taleyinin müəyyən olunması ilə bağlı ailələrin intensiv müraciətləridir. Əlbəttə ki, gündəlik iş prosesində biz onlarla davamlı şəkildə və müntəzəm işləyirik. Bununla bağlı Dövlət Komissiyasına həm vətəndaşlar özləri birbaşa müraciətlər edirlər, həm də "81-61" qaynar xəttinə gündəlik müraciətlər olur. Bu həm də onunla bağlıdır ki, Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir. Bu proses nəticəsində təxminən 11 minə yaxın şəxs barədə bioloji nümunələr toplanaraq sistemləşdirilib və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hərbi hospitalında yaradılmış molekulyar-genetik laboratoriya tərəfindən onların DNT profilləri çıxarılıb. Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlayıblar. Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi işi həyata keçirilir və bu meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır".

İsmayıl Axundovun sözlərinə görə, müraciətlərin ikinci istiqaməti isə vaxtilə Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə itkin düşmüş yaxınları barədə müraciət etməmiş şəxslərdən daxil olur: "Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra insanlarda itkin düşmüş yaxınlarının tapılması üçün böyük ümidlər yaranıb. Hazırda ailələr tərəfindən çox saylı müraciətlər davam edir. Paralel olaraq, həm Dövlət Komissiyasına, eyni zamanda, hüquq-mühafizə orqanlarına, xüsusilə Baş Prokurorluğa da müraciətlər daxil olur.

Daxil olmuş müraciətlərin təhlili, onlarla bağlı zəruri araşdırma və sənədləşmə işləri başa çatdırıldıqdan sonra Dövlət Komissiyasının sədri, cənab Əli Nağıyevin müvafiq göstərişinə əsasən artıq 30 nəfər Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Komissiyasının əvvəlki statistikasına görə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı 3890 nəfər idisə, hazırkı statistikaya əsasən bu say artıq 3920 nəfərdir. Ancaq müraciətlərin davam etdiyini nəzərə alsaq, bunun son say olmayacağını deyə bilərik".

İsmayıl Axundov onu qeyd edib ki, artıq ictimaiyyətə açıqlandığı kimi, Vətən müharibəsi dövründə 6 hərbçimiz itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb: "Bundan başqa, Vətən müharibəsindən sonra 2022-ci ilin mart ayında Azərbaycan Ordusunun 2 əsgəri Laçın rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi şəraitində itkin düşüblər. Əlbəttə ki, qeyd olunan 8 hərbçimiz də itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Beləliklə, ümumi statistik nəticəyə əsasən, hazırda Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sayı 3928 nəfərdir".




Baxış sayı: 120
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30