Azərbaycan Mədəniyyət Nazirliyi, Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin çox ünlü simalarından biri, Borçalı aşıq mühitinin istedadlı nümayəndəsi aşıq Ramin Qarayevin "Sazımda avazımda" adlı solo konserti keçiriləcək.
Fact-info.az xəbər verir ki, mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq solo konsertdə aşıq Ramin Qarayevi "Bakı-Təbriz" qrupu və Xəzər Universitetinin kamera orkestri müşayiət edəcək. Konsertin dirijoru Meri Çeminavadır.
Sənətkarın solo konsertində qonaq qismində Xalq artisti Alim Qasımov iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Ramin Qarayev Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr səviyyələrini bitirib. Hazırda Xəzər Universitetində pedaqoji fəaliyyət göstərir. Bu günə kimi Azərbaycanda üç, Rusiya, Gürcüstan və Türkiyədə isə bir solo konserti olub.
Baxış sayı: 160
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
