Qlobal istiləşmə həyatın bütün sahələri kimi hərb işinə də təsirsiz ötüşmür.
Fact-info.az xəbər verir ki, Texas Universitetinin əməkdaşları iqlim dəyişikliyinin ölkələrin hərbi potensialına təsirini araşdırıblar. Məlum olub ki, qlobal istiləşmə nəticəsində sualtı qayıqlarla bağlı problemi daha ciddi vəziyyət alır.
Okean suları isindikcə və duzluluq artdıqca dəniz radarlarının sualtı qayıqları aşkar etməsi çətinləşir. Ən arzuolunmaz vəziyyət Atlantik və Sakit okeanlardadır. Hazırda bu ərazilərdə radarlar sualtı qayıqları 35-60 kilometr məsafədə aşkar edə bilir. İqlimlə bağlı vəziyyət universitetin ehtimal etdiyi ssenari üzrə gedərsə, o zaman radarlar ən yaxşı halda 20 kilometr məsafədəki sualtı qayıqları aşkar edə biləcək. Bu da əksər ölkələrin təhlükəsizliyinə təhdid yaradacaq.
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
