“Avropa Birliyinin lokomotivi sayılan bir ölkə ilə münasibətlərin inkişafı və bütün səviyyələrdə əlaqələrin dinamiklyi ölkəmiz üçün maraqlıdır. Azərbaycan- Almaniya münasibətlərində iqtisadi əməkdaşlığın çəkisi həmişə üstünlük təşkil edib. Lakin son dövrlərdə Almaniyada Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə maraq yarandığını və bu mövzu ətrafında iki ölkə rəhbərliyi arasında artıq bir neçə dəfə fikir mübadiləsinin olduğunu müşahidə edirik”. Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu yaxınlarda çıxışlarından birində Almaniyanın bölgəmizdəki proseslərə yanaşma tərzini təqdir etmişdi: “Az öncə Almaniya hökümətinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də Almaniyada baş tutmuşdu. Dövlət başçısının Almaniyaya bu dəfəki səfəri işgüzar xarakterə malikdir və növbəti Petersberq İqlim Dialoqunda iştirak etmək məqsədi daşıyır”.
“Petersberq İqlim Dialoqu 2011-ci ildə Almaniyanın o zamankı kansleri Angela Merkel tərəfindən təsis olunub və qlobal iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin aparıldığı bir forumdur. Bu il COP- 29 tədbirinə ev sahibliyi edəcək ölkənin rəhbəri kimi cənab İlham Əliyev bu Forumun ən çox arzuolunan iştirakçı qonağı olacaq. Bu Forumda aparılan müzakirələr ilin sonunda ölkəmizdə keçiriləcək COP-29 tədbirləri çərçivəsində davam etdiriləcək”,- deyə o əlavə edib.
Baxış sayı: 120
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing
