FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi
27-04-2024, 09:00 | MƏDƏNİYYƏT
Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə müsahibəsində bildirib ki, Cenevrədə keçirilən Türk Həftəsinin proqramı Türk dünyasının zəngin irsini nümayiş etdirdi.

Fact-info.az xəbər verir ki, Kubanıçbek Ömüralıyev bazar ertəsi günündən cümə axşamınadək İsveçrədə keçirilən ilk Türk Həftəsi proqramında iştirakı zamanı Türk Dövlətləri Təşkilatının iddialı planlarını açıqlayıb.

Ömüralıyev deyib ki, Türk Həftəsi proqramının keçirilməsinə dair qərar ötən il TDT ölkələrinin BMT-nin Cenevrədəki ofisindəki səfirləri ilə müzakirələrdən sonra verilib.

O vurğulayıb ki, tədbirin təşkili ilə bağlı tapşırıq ötən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşü zamanı TDT-ə üzv ölkələrin dövlət başçıları tərəfindən verilib.

Ömüralıyev müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin tədbirdə böyük həvəslə iştirakından məmnunluğunu bildirib. O, Türk dövlətləri arasında kollektiv güc və birliyi vurğulayaraq, TDT-nin əsasını qoyan 2009-cu il Naxçıvan Sazişində təcəssüm olunan əməkdaşlıq ruhunu misal çəkib.

Baş katib Türk dünyası çərçivəsində əməkdaşlığın artan əhəmiyyətini vurğulayaraq, Türk Həftəsi proqramının bu vizyonu gücləndirməyə, üzv dövlətlər arasında daha çox birlik və qarşılıqlı anlaşmaya xidmət etdiyini bildirib.

TDT-nin Baş katibi vurğulayıb ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Parlament Assambleyası ilə birgə keçirilən Türk Həftəsinin proqramı Türk dünyasının mədəni zənginliyini və incəsənətini nümayiş etdirib.

Proqramda Türk dünyası təşkilatları arasında dialoq və əməkdaşlığın təşviqinə yönəlmiş konfranslarla yanaşı, ənənəvi geyimlər, mətbəxlər və musiqi sərgiləri nümayiş etdirilib. Həftənin bağlanış tədbiri qazax bəstəkarı və pianoçusu Rakhat-Bi Abdyssaginin konserti ilə olub.




Baxış sayı: 100
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30